İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir sıra ölkələri əhatə edən güclü isti hava dalğası insanların səhhətinin qəfil pisləşməsinə və bəzi xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. Yüksək temperatur yalnız susuzlaşma və günvurma riski yaratmır.
Milli.Az xarici mediaya istinadən xəbərinə görə, həkimlər bildirirlər ki, isti hava bir sıra xroniki xəstəliklərin gedişini ağırlaşdıra, hətta özünü sağlam hesab edən insanlarda da xoşagəlməz əlamətlər yarada bilər.
Ürək və damarların yükü artır
Havanın temperaturu həddindən artıq yüksəldikdə orqanizm özünü soyutmaq üçün əlavə mexanizmləri işə salır. Bu zaman qan dövranını sürətləndirmək və bədəndəki istiliyi xaric etmək üçün ürək daha intensiv işləməli olur.
Fizioloq Maykl Kroufordun sözlərinə görə, isti havada ürək döyüntüləri sürətlənir, tərləmə artır və arterial təzyiq aşağı düşə bilər. İnsan uzun müddət günəş altında və ya havasız məkanda qalarsa, ürək-damar sisteminə düşən yük daha da yüksəlir. Bəzi hallarda həddindən artıq isinmə taxikardiyaya, yəni ürəyin normadan xeyli sürətli döyünməsinə səbəb ola bilər.
Böyrək daşı riski yüksəlir
Yay aylarında orqanizm tərlə daha çox maye itirdiyi üçün susuzlaşma ehtimalı artır. Bu isə böyrəklərin fəaliyyətinə də təsir göstərir.
Uroloq Araş Axaveynin sözlərinə görə, orqanizmdə maye azaldıqda sidik daha qatı olur. Belə şəraitdə duz və minerallar daha asan kristallaşır və böyrək daşlarının yaranma ehtimalını artırır. Məhz buna görə isti havada itirilən mayenin müntəzəm şəkildə bərpa olunması vacibdir.
Podaqra yenidən özünü göstərə bilər
Yüksək hava temperaturu orqanizmdə sidik turşusunun toplanması ilə əlaqəli olan podaqra xəstəliyinin kəskinləşməsinə də səbəb ola bilər. Araşdırmalar göstərir ki, isti və rütubətli havada ağrılı podaqra tutmalarının başvermə ehtimalı artır. Buna susuzlaşma nəticəsində qanda sidik turşusunun miqdarının yüksəlməsi və oynaqlarda iltihab üçün əlverişli şəraitin yaranması səbəb olur. Hətta vaxtının böyük hissəsini kondisionerli otaqlarda keçirən insanlar belə bu təsirdən tam qorunmaya bilər.
Baş ağrısı və miqren tutmaları artır
İsti hava tez-tez güclü baş ağrısına səbəb olur. Temperaturun kəskin dəyişməsi, atmosfer təzyiqindəki fərqlər və kifayət qədər su içilməməsi miqren tutmasını başlada bilər. Amerika Miqren Fondunun məlumatına görə, bu xəstəlikdən əziyyət çəkən insanların təxminən üçdə biri susuzlaşmanı tutmaları yaradan əsas amillərdən biri hesab edir. Parlaq günəş işığı da əlavə qıcıqlandırıcı rol oynaya bilər. İşığa həssas insanlarda bu, miqren mexanizmlərini hərəkətə gətirə bilər. Bundan başqa, istinin yaratdığı fiziki narahatlıq stress hormonu olan kortizolun səviyyəsini yüksəldə və baş ağrısına təsir göstərə bilər.
İsti havada orqanizmi necə qorumaq olar?
Fəsadların qarşısını almaq üçün həkimlər kifayət qədər maye qəbul etməyi, birbaşa günəş şüaları altında uzun müddət qalmamağı, mümkün qədər sərin məkanlarda olmağı və səhhətdə yaranan dəyişikliklərə diqqətlə yanaşmağı məsləhət görürlər.
Ürək-damar xəstəlikləri, böyrək problemləri, podaqra və miqrendən əziyyət çəkən insanlar xüsusilə ehtiyatlı olmalıdırlar. Çünki güclü isti zamanı onların vəziyyətinin ağırlaşma riski daha yüksəkdir./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qarğıdalını daha yumşaq və şirəli bişirməyin sadə üsulu
-
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
-
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
-
Bişsə də, zəhərli qala bilən 2 məhsul
-
Səhrada gecələr niyə bu qədər soyuq olur? - Düşündüyünüzdən fərqli SƏBƏB
-
Flaminqoların sirri - Niyə bir ayaq üstə dayanırlar?
-
Azərbaycanda 15 yaşlı qızla evlənən bəy həbs olundu
-
"MasterChef"in qalibi evində ölü tapıldı
-
Tünzalə Ağayeva yayda ancaq bununla qidalanır
-
İsveçdə 20 futbolçu itkin düşdü
-
Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı
-
Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - (Video)
-
Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib
-
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub - (Foto- Video)
-
100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi
-
"Qucağıma sığan balacam artıq boyuma çatıb"
-
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub - (Foto)
-
"Qardaşımın qatilinin adını açıqlaya bilmədi"
-
Öz xoşbəxtliklərinə mane olan bürclər
-
Bu da Qalkin və Puqaçovanın 12 yaşlı qızları - (Foto)
-
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
-
Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb, Avstriyaya təyin olunub
-
Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrədəki daimi nümayəndəsi təyin edilib
-
Ağdaşdakı musiqi məktəbinə Habil Əliyevin adı verildi





