İdman

İsveçdə 20 futbolçu itkin düşdü

29 İyul 2026 22:35
Baxış: 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İsveçin Höteborq şəhərində keçirilən "Gothia Cup" futbol turnirində iştirak edən Efiopiyadan olan təxminən 20 nəfərlik nümayəndə heyəti yoxa çıxıb.

Milli.Az "Sweden Herald" nəşrinə istinadən xəbər verir ki, polis itkin düşənlərin 14-17 yaş arası yeniyetmə oğlanlar, eləcə də bir və ya bir neçə komanda rəhbəri olduğunu bildirib.

"Göteborgs-Posten" yazır ki, builki "Gothia Cup" turnirinin sonuncu günündə məktəb inzibatçısı orada məskunlaşan Efiopiya komandasının xəbər vermədən ərazini tərk etdiyini müəyyən edib.

Turnir təşkilatçıları dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər və polis itkin düşmə haqqında axtarış elanı verib. Şəhər polisi hazırda həmin şəxslərin Efiopiyaya qayıtmadığını və hadisənin könüllü olaraq aradan çıxmaq (sığınacaq almaq məqsədilə) kimi göründüyünü bəyan edib./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.