Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan "Kəpəz Hospital"ın cərrahı Elşən Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir, təqsirləndirilən həkimə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib.
İş materiallarından məlum olub ki, o, daha əvvəl də narkotik cinayəti ilə bağlı məhkum edilibmiş. Hətta həmin məhkumluğu tam ödənilməyib. Elşən Əliyev bu dəfə isə polis əməkdaşları tərəfindən "Opera Hotel"də tutulub. Otağa baxış zamanı müxtəlif növ narkotik vasitələr aşkar edilib.
Cərrah məhkəmədə özünü təqsirli bilməyib. Elşən ifadəsində əvvəllər narkotik istifadə etdiyini etiraf edib, lakin həbsdən çıxdıqdan sonra vərdişindən aralandığını deyib. O, tutulan gün hoteldə olma səbəbini isə Səhiyyə Nazirliyinin təşkil etdiyi imtahanla əlaqələndirib. Dediyinə görə, üç-dörd gün ərzində hoteldə hazırlaşmalı imiş.
Yekunda toplanmış sübutlar və şahid ifadələri ilə Elşən mütəşəkkil dəstə halında narkotik satışı ilə məşğul olmaqda təqsirli bilinib. Hökmə əsasən, cərraha 9 il həbs cəzası verilib.
Qeyd edək ki, ürək-damar cərrahı olan Elşən Əliyev "Kəpəz Hospital"dan əvvəl "Lazur Hospital", "Real Hospital", eləcə də "Alo Doktor" kimi bir sıra özəl klinikalarda çalışıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
-
Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb, Avstriyaya təyin olunub
-
Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrədəki daimi nümayəndəsi təyin edilib
-
Ağdaşdakı musiqi məktəbinə Habil Əliyevin adı verildi
-
Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
-
Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
-
"Bacımın yasını tutub 3 körpəni taleyin ümidinə buraxa bilməzdim"
-
Faiq Ağayevdən görünüşündəki dəyişikliklə bağlı yazılanlara cavab
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
"Qarabağ"ın keçmiş qapıçısı Türkiyə klubuna keçdi
-
İranla danışıqlar davam edəcək, amma hücum cavabsız qalmayacaq
-
Bakıda yubiley “Rəqs edən brilyantların gecəsi” qala-şousunun biletlərinin satışına başlanılıb - (Video)
-
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub
-
"Putin məni təbrik etmədi" - Paşinyan
-
Fermerləri sevindirən nəticə: Məhsuldarlıq artıb
-
Elnur Azadxanov vəzifəsindən azad edildi
-
Toyda gəlinin hərəkətinə mat qalan bəy - (Video)
-
Neymar millidən getdi
-
Ukraynadan İrana: Hücum qəsdən edilməyib
-
Su çatışmazlığı məhsuldarlığa ciddi zərbə vurdu
-
Venesuela İran səfirinə etiraz notası təqdim edib
-
"Taxt Oyunları"nın aktyoru vəfat etdi - (Foto)
-
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - (Foto)
-
Ev heyvanından da təhlükə var - Səhiyyə Nazirliyindən xəbərdarlıq





