Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxunub.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində 1979-cu il təvəllüdlü Rəhman Əsədovun məhkəməsi yekunlaşıb.
Bildirilib ki, o, şirkətlərdən birinə məxsus "İsuzu" markalı yük maşınını idarə edib. Hadisə vaxtı sürücü avtomobillə Binəqədi qəsəbəsində hərəkətdə olarkən 1985-ci il təvəllüdlü Dünyamin Məlikov yola qəfil çıxıb. Nəticədə avtomobilə çırpılan şəxs ağır xəsarət alıb. 70 gün xəstəxanada müalicə alan 41 yaşlı kişi orada ölüb.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Dünyamin Məlikov hadisə günü qeyri-rəsmi nikahda yaşadığı qadınla birgə müxtəlif yerlərdə spirtli içki qəbul edib.
Qadın ifadəsində bildirib ki, Dünyamin həmin gün təxminən 2 litr spirtli içki qəbul edib və özünü öldürəcəyini deyib. Onlar piyada hərəkət edərkən gecə saat 00:30 radələrində Dünyamin qaçaraq özünü 10 May küçəsi ilə hərəkət edən avtomobilin altına atıb. Saatda təxminən 50 kilometrlə hərəkət edən yük maşınına çırpılan şəxs başından zədə alıb.
Məhkəmədə mərhumun valideyni təqsirləndirilən şəxsdən şikayətçi olmayıb. Dünyaminin sevgilisi də hadisədə sürücünün günahının olmadığını deyib.
Binəqədi Rayon Məhkəməsi Rəhman Əsədova təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə bəraət verib. Onun haqqındakı cinayət təqibi dayandırılıb və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Azərbaycanın Serbiyadakı səfiri geri çağırılıb, Avstriyaya təyin olunub
-
Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrədəki daimi nümayəndəsi təyin edilib
-
Ağdaşdakı musiqi məktəbinə Habil Əliyevin adı verildi
-
Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
-
Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
-
"Bacımın yasını tutub 3 körpəni taleyin ümidinə buraxa bilməzdim"
-
Faiq Ağayevdən görünüşündəki dəyişikliklə bağlı yazılanlara cavab
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
"Qarabağ"ın keçmiş qapıçısı Türkiyə klubuna keçdi
-
İranla danışıqlar davam edəcək, amma hücum cavabsız qalmayacaq
-
Bakıda yubiley “Rəqs edən brilyantların gecəsi” qala-şousunun biletlərinin satışına başlanılıb - (Video)
-
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub
-
"Putin məni təbrik etmədi" - Paşinyan
-
Fermerləri sevindirən nəticə: Məhsuldarlıq artıb
-
Elnur Azadxanov vəzifəsindən azad edildi
-
Toyda gəlinin hərəkətinə mat qalan bəy - (Video)
-
Neymar millidən getdi
-
Ukraynadan İrana: Hücum qəsdən edilməyib
-
Su çatışmazlığı məhsuldarlığa ciddi zərbə vurdu
-
Venesuela İran səfirinə etiraz notası təqdim edib
-
"Taxt Oyunları"nın aktyoru vəfat etdi - (Foto)
-
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - (Foto)
-
Ev heyvanından da təhlükə var - Səhiyyə Nazirliyindən xəbərdarlıq
-
Əməkdar artist oğlunun toyunda müğənnilərə qadağa qoyub





