Şaftalının faydaları nələrdir, neçə kaloridir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şaftalı vitamin, mineral və antioksidant tərkibi ilə ümumi sağlamlığı dəstəkləyən, həzm sistemini rahatlaşdıran və immuniteti gücləndirməyə kömək edən yay mövsümünə xas lifli bir meyvədir. Aşağı kalorili quruluşu və yüksək su nisbəti ilə çəkiyə nəzarət proseslərində balanslı bir ara pay kimi seçilə bilər. Tərkibindəki kalium və beta-karotin ilə ürək, damar, göz və dəri sağlamlığının qorunmasına mühüm töhfələr verə bilər.
Milli.Az xəbər verir ki, şaftalı mütəmadi və porsiyaya nəzarət edilərək istehlak edildikdə, hüceyrə səviyyəsindən orqan sistemlərinə qədər bir çox sahədə sağlamlığı dəstəkləyir:
Tərkibindəki C vitamini və antioksidantlar sayəsində bədənin infeksiyalara və mövsümi xəstəliklərə qarşı müqavimətini artırır.
Lifli quruluşu bağırsaqların hərəkətini sürətləndirir və qəbizlik riskini azaldır.
Kalium mineralı sayəsində qan təzyiqini tarazlaşdırır, xolesterinin səviyyəsini tənzimləməyə kömək edir.
Beta-karotin (A vitamini öncülü) göz torunun (retina) sağlam işləməsini, C vitamini isə dərinin elastikliyini (kollagen sintezi) qorumağa kömək edir.
Yüksək su tərkibi və kalium sayəsində böyrəkləri dəstəkləyərək bədəndəki artıq mayenin (ödəmin) və hüceyrə tullantılarının atılmasını sürətləndirir.
Şaftalı karbonhidrat, lif, vitamin və minerallar baxımından zəngindir, yağ və natrium (duz) nisbəti isə demək olar ki, yoxdur.
Bir orta boy (təxminən 150 qram) şaftalı ortalama 60-68 kalori ehtiva edir. Çəkisinin 85%-dən çoxu sudan ibarət olduğu üçün kalori dəyəri çox aşağı, lakin toxluq hissi yüksəkdir.
Şaftalinin tərkibindəki lif və vitaminlərdən maksimum faydalanmaq üçün onu yaxşıca yuyub, təmiz, çiy və qabığı ilə birlikdə bütöv halda yemək tövsiyə olunur. Əgər şirəsini çəksəniz, ən faydalı hissəsi olan lifi itirmiş olarsınız.
Şaftalinin həddindən artıq istehlakının zərərləri varmı?
Hər qidada olduğu kimi, şaftalinin də normadan artıq yeyilməsi bəzi problemlər yarada bilər:
Həddindən artıq lif və fruktoza qəbulu qarın şişkinliyi, qaz və ya ishal yarada bilər.
Böyrək çatışmazlığı olan xəstələr potasiumla zəngin olduğu üçün şaftalını həkim nəzarəti ilə yeməlidirlər.
Meyvəni yedikdən sonra dodaqlarda və ya boğazda qaşınma hiss edilərsə, bu allergik reaksiya əlaməti ola bilər.
Qabığı soyulmuş yumşaq şaftalı ishal zamanı bədənin itirdiyi maye və kaliumu bərpa etməyə kömək edir.
Qəbizlik yaradırmı? Xeyr, əksinə, lifli quruluşu sayəsində qəbizliyə yaxşı təsir edir və bağırsaq hərəkətliliyini artırır.
Kökəldirmi? Xeyr, porsiya ölçüsünə diqqət edildikdə kökəltmir, əksinə aşağı kalorisi ilə arıqlamağa kömək edir.
Hamiləlikdə zərərlidirmi? Xeyr, tam əksinə, hamiləlikdə çox faydalıdır. Tərkibindəki fol turşusu körpənin inkişafına, C vitamini isə anada qan azlığının qarşısını almağa kömək edir.
Şəkəri yüksəldirmi? Şaftalinin qlikemik indeksi aşağı-orta səviyyədədir. Şəkər xəstələri onu tək yemək əvəzinə, yanına qoz, badam və ya bir az qatıq əlavə edərək daha balanslı istehlak edə bilərlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
XƏBƏR LENTİ
-
Hacıqabulda kürəkən qayınatasını öldürdü
-
Azərbaycanda “Temu”ya qarşı iş başlana bilər - Səbəb
-
3-cü dəfə evləndi: İki xanımı xeyir-duaya gəldi (Video)
-
Bakıda iki azyaşlı bacının ölümü ilə bağlı TƏBİB-dən açıqlama
-
Müğənni Nəfəsə ağır itki
-
Sabiq icra başçısının 3 milyon manatlıq əmlakı üzərinə həbs qoyuldu - Siyahı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Məleykə Abbaszadə belə görüntüləndi
-
Məhsulun üzərindəki qiymət başqa, kassada başqa - “Araz” barəsində protokol
-
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib
-
"Sabah"ın oyununu hansı kanal yayımlayacaq?
-
Sevdiyi oğlana evlilik təklifi edən qız pərt oldu (Video)
-
Bakıda iki azyaşlı bacı vəfat etdi
-
Fədayə Laçın tanınmaz halda (Video)
-
Kadırovun oğlu soyadını dəyişdi
-
Vinisius Junior Puşkaşa çatdı
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Özcan Deniz Park Cinemada “Son Yemek” filmini təqdim etdi (Foto)
-
Ofelya Şabanova dəyişib belə oldu (Video)
-
Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar - Yunus Oğuz
-
“Sabah” - “Barselona” oyunu günü ictimai nəqliyyatda gediş 1 qəpik olacaq
-
Puxaç “Barselona”nın futbolçusu ilə - (Foto)
-
Yeni elektron tərəzi quraşdırıldı - Bu tarixdən cərimələr başlayır
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu





