Sağlamlıq

Diabet və diş sağlamlığı arasında kritik əlaqə üzə çıxdı

9 Dekabr 2025 05:05
Baxış: 312
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər şəkər diabetinin ağız və diş sağlamlığına birbaşa təsir etdiyini müəyyən ediblər. Araşdırmalara əsasən, diabetli şəxslərdə ağız quruluğu, diş çürüməsi, diş əti iltihabı, göbələk infeksiyaları və diş itkisi daha çox müşahidə olunur.

Milli.Az xəbərr verir ki, mütəxəssislər bildirirlər ki, qanda şəkərin yüksəlməsi damar və sinirlərə zərər verərək yaraların sağalmasını gecikdirir və infeksiyalara qarşı müqaviməti azaldır. Bu səbəbdən ağız boşluğu diabetin ən həssas və tez zədələnən bölgələrindən biridir.

Həkimlər vurğulayır ki, ağız sağlamlığındakı problemlər qanda şəkərə nəzarəti çətinləşdirir, nəzarətsiz şəkər isə geriyə təsir göstərərək diş və diş əti xəstəliklərini daha da ağırlaşdırır. Diabet zamanı tüpürcəkdəki şəkərin artması bakteriyaların sürətlə çoxalmasına və diş ətlərinin zədələnməsinə gətirib çıxarır.

Mütəxəssislər diabetli şəxslərə şəkərə nəzarəti gücləndirməyi, ağız gigiyenasına ciddi riayət etməyi və mütəmadi olaraq stomatoloqa müraciət etməyi tövsiyə edirlər. Bu yanaşma həm ümumi sağlamlığı yaxşılaşdırır, həm də diabetin idarə olunmasına mühüm dəstək verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.