Yaşlı hüceyrələri yenidən cavanlaşdırmaq mümkün olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər hüceyrələrin enerji mərkəzləri olan mitoxondriləri yeniləməyin yeni üsulunu tapıblar. "Nanoflower" adlı texnologiya sayəsində sağlam kök hüceyrələrin istehsal etdiyi əlavə enerjinin, zədələnmiş və yaşlanmış qonşu hüceyrələrə ötürülməsi mümkün olub. Bu yenilik, gələcəkdə ürək, beyin və əzələ xəstəliklərinin müalicəsində tamamilə yeni bir mərhələ aça bilər.
Milli.Az xəbər verir ki, insan orqanizmində əksər hüceyrələrin içində yerləşən mitoxondrilər yaş artdıqca sayca azalır, fəaliyyəti zəifləyir və zədələnir. Bu enerji istehsal edən strukturların gücünün düşməsi isə ürək-damar, sinir sistemi və əzələ xəstəliklərinin inkişafına səbəb olan əsas amillərdən biridir.
Yeni tədqiqatda alimlər yaşlanan hüceyrələri nə genetik müdaxilə, nə də dərman vasitələri olmadan aktivləşdirməyin yolunu tapıblar. Biotibbi mühəndis Axileş Gaharvar bu prosesi belə izah edir: "Biz sağlam hüceyrələri elə təlimləndirdik ki, zəifləmiş hüceyrələrlə əlavə enerji ehtiyatlarını bölüşə bilsinlər."
Tədqiqatçılar prosesin aktivləşməsi üçün "Nanoflower" - yəni nano çiçək formasında mikroskopik hissəciklərdən istifadə ediblər. Molybden disulfid maddəsindən hazırlanan bu nano çiçəklər hədəf toxumalarda toplanan zərərli oksigen molekullarını udmaq qabiliyyətinə malikdir.
Bu zərərli molekulların hüceyrə mühitindən təmizlənməsi kök hüceyrələrdə mitoxondri istehsalını artıran genlərin aktivləşməsinə səbəb olur. Nəticədə kök hüceyrələr adi vəziyyətdən dəfələrlə çox enerji istehsal etməyə başlayır.
Kök hüceyrələr təbii olaraq mitoxondri paylaşmaq xüsusiyyətinə malikdir. Lakin nanoflower texnologiyası bu prosesi gücləndirərək laboratoriya mühitində kök hüceyrələrin iki dəfə çox mitoxondri paylaşmasına səbəb olub.
Araşdırmanın əsas nəticələri belədir:
Ürək əzələsindəki hamar əzələ hüceyrələrində həyata keçirilən mitoxondri transferi canlılığı 3-4 dəfə artırıb.
Kimyaterapiyanın zədələdiyi ürək hüceyrələrində belə sağ qalma göstəriciləri xeyli yaxşılaşıb.
Zədələnmiş hüceyrələrin enerji səviyyəsi bərpa olunaraq daha sağlam fəaliyyət göstərməyə başladığı müşahidə edilib.
Alimlər hesab edir ki, bu üsul nəzəri olaraq orqanizmin istənilən bölgəsində yaşlanan hüceyrələri yeniləmək üçün istifadə oluna bilər. Məsələn:
- Ürək xəstəliklərində birbaşa ürək əzələsinə,
- Əzələ kütləsinin azalması (muskulyar distrofiya) kimi problemlərdə birbaşa əzələlərə tətbiq edilə bilər.
Tədqiqatçılardan Con Soukar bu metodun əhəmiyyətini belə dəyərləndirib: "Bu yanaşma çox sayda tibbi vəziyyətdə tətbiq oluna biləcək qədər ümidvericidir və biz hələ yolun başlanğıcındayıq."
Alimlər araşdırmanın erkən mərhələdə olduğunu etiraf etsələr də, əldə edilən nəticələr yaşlanan toxumaları orqanizmin öz bioloji mexanizmləri ilə "yenidən enerji yığmağa" imkan verə biləcəyini göstərir. Əgər bu təbii enerji paylaşma sistemi təhlükəsiz şəkildə dəstəklənə bilsə, gələcəkdə hüceyrə yaşlanmasının bəzi təsirlərini yavaşlatmaq, hətta qismən geri çevirmək mümkün ola bilər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq
-
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - (Foto)
-
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi - XİN
-
Qarlı zirvələrdə yeni idman tarixi yazılacaq: “Snow Polo World Cup Azerbaijan-2027”
-
4 rayonda ağackəsənlər təbiətə 40 min manat ziyan vurub
-
Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı
-
Bütün sosial müavinətlər ödənildi
-
PSJ - "Lion" matçı buna görə təxirə salındı
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
-
Vəfa və Nəfəsdən Aysuna cavab: Makiyajsız videoları tənqid olundu - (Video)
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
İtaliyada güclü zəlzələ baş verib
-
Müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı
-
Məşhur azərbaycanlı idmançı lüks maşını ilə görüntüləndi: Ölkədə 2 ədəddir - (Video)
-
Yağış bu tarixədək davam edəcək
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib





