"Tualet vərdişlərindəki dəyişiklik Alzheimerin başlanğıcı ola bilər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ÜST-ün məlumatına görə, hazırda dünyada təxminən 55 milyon insan demensiya ilə yaşayır. Bu rəqəmin 2030-cu ildə 78 milyona, 2050-də isə 139 milyona çatacağı proqnozlaşdırılır. Türkiyədə isə Alzheimer xəstələrinin sayının 600 min nəfəri keçdiyi bildirilir. Mütəxəssislər demensiyanın yalnız yaddaş itkisi ilə deyil, həm də idrak və davranış dəyişiklikləri ilə müşayiət olunduğunu vurğulayaraq, erkən əlamətlərin tanınmasının vacibliyini qeyd edirlər.
Milli.Az xəbər verir ki, Alzheimer xəstəliyi illər əvvəl çox incə və fərq edilməyən simptomlarla başlaya bilər. Son araşdırmalar göstərir ki, bu simptomlardan biri tualetdə yaşanan dəyişikliklərlə özünü göstərə bilər. Mütəxəssislər bunun xəstəliyin erkən xəbərdarlıq əlamətlərindən biri ola biləcəyini deyirlər.
2022-ci ilin martında nüfuzlu "The Lancet" jurnalında dərc olunan genişmiqyaslı araşdırma bu istiqamətdə mühüm nəticələr ortaya çıxarıb. Tədqiqatçılar Böyük Britaniya və Fransadan olan 39.672 yetkinin tibbi məlumatlarını analiz edərək, Alzheimer diaqnozundan 15 il əvvəl müşahidə edilən əlamətləri araşdırıblar.
Mütəxəssislərin sözlərinə görə, həmin dövrdə tualet vərdişlərində - xüsusilə idarəetmənin çətinləşməsi, qəfil təcili tualet ehtiyacı və ya nəzarət problemləri kimi kiçik dəyişikliklər - nevroloji proseslərin başladığını göstərə bilər.
Araşdırmanın əsas məqsədi Alzheimerin beyində yaratdığı dəyişiklikləri daha erkən aşkar etmək və gələcək diaqnostika metodlarına yol açmaq olub.
Mütəxəssislər bildirirlər ki, Alzheimerin erkən aşkarlanması xəstəliyin gedişatını əhəmiyyətli dərəcədə yavaşlada bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto)
-
Günün qoroskopu: Yaxın dostunuzun dəstəyə ehtiyacı ola bilər
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)





