Sağlamlıq

İyulda 118 nəfər zəhərləndi

6 Avqust 2025 11:53
Baxış: 394
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.

Milli.Az xəbər verir ki, şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir.

Həmçinin 20 nəfər ilan sancması, 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.