Ölkə

Şagird yerdəyişməsi etmək istəyənlərin nəzərinə!

6 Avqust 2025 12:13
Baxış: 415
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsi davam edir.

Milli.Az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, proses ll-lX və Xl siniflər üzrə avqustun 5-dən etibarən "sy.edu.az" elektron sistemi üzərindən həyata keçirilir. X siniflər üçün isə 12 avqust saat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək.

Valideynlər bir sıra lisey və gimnaziyalar istisna olmaqla elektron sistemdə sorğu yerləşdirərək müvafiq qaydalar çərçivəsində övladlarının bir təhsil müəssisəsindən digərinə köçürülməsini təmin edə bilərlər.

Yerdəyişmə prosesində istisna təşkil edən lisey və gimnaziyalara qəbul isə imtahanla həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməsini istəyən valideynlər 13 avqust saat 18:00-a qədər "sy.edu.az" platforması üzərindən qeydiyyatdan keçə bilərlər.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.