Normadan artıq duz istifadəsinin FƏSADLARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Duz orqanizm üçün zəruri element olsa da, həddindən artıq istehlak ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər duzun normadan artıq istehlakının səbəb olduğu xəstəliklərə diqqət çəkərək xəbərdarlıq edir.
Milli.Az xəbər verir ki, çox miqdarda duz istehlakı bir çox xəstəliklərin əsas səbəbidir. Yüksək təzyiq, böyrək xəstəlikləri, ürək-damar xəstəlikləri və insult kimi bir çox ciddi sağlamlıq problemləri həddindən artıq duz istehlakı ilə bağlıdır.
Mütəxəssislər bir çox insanın yeməklərində duz istifadəsinə diqqət yetirdiyini, lakin bilmədən gizli duz mənbələrindən çox duz istehlak etdiklərini bildirib. Turşu, qəlyanaltılar, hətta duzlu ayran və şalğam suyunun tərkibində çox miqdarda duz var. Bu qidalar biz fərqinə varmadan duz istehlakımızı artırır. Bu səbəbdən işlənmiş, duzlu qidalardan uzaq durmalıyıq.
Duz istehlakını azaltmağın ən təsirli yollarından biri yeməklərdə və süfrələrdə duzdan istifadə etməməkdir. Bir çoxumuz yeməyin dadına baxmadan duz əlavə edirik. Ancaq qidalarda olan təbii natrium orqanizmin ehtiyacını ödəməyə kifayət edir. Əlavə duz tamamilə lazımsız və sağlamlığa zərərlidir. Bu, xüsusilə hipertoniya, ürək çatışmazlığı, böyrək xəstəliyi olan insanlar üçün vacibdir. Ən praktik həll yolu yemək bişirərkən duz əlavə etməmək və süfrədə duz istifadə olunmamasıdır.
Orqanizm ancaq kifayət qədər su qəbulu ilə artıq natriumu tarazlaya bilər. Bununla belə, ən yaxşı yanaşma duz qəbulunu minimuma endirmək və nizamlı olaraq su istehlak etməkdir. Ümumi ürək-damar sağlamlığının qorunmasında balanslı qidalanma, nizamlı idman və rutin sağlamlıq yoxlamaları da çox əhəmiyyətlidir.
Duz istehlakı ilə bağlı xəstəliklərin erkən mərhələdə aşkarlanması üçün müntəzəm sağlamlıq yoxlamaları vacibdir. Natrium səviyyələrinin qan testləri, təzyiq ölçmələri və həkim müayinələri ilə tarazlıqda olub-olmadığını izləmək mümkündür. Bu yoxlamalar sağlamlıq risklərinin əvvəlcədən təsbit edilməsinə imkan verir və xəstələrin daha sağlam və keyfiyyətli həyat sürməsinə kömək edir. /Teleqraf
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Allergiyanın arxasında başqa səbəb dayana bilər - Tədqiqatçılardan yeni nəzəriyyə
-
Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
XƏBƏR LENTİ
-
Sabah meteohəssas insanlarda narahatlıq yaranacaq
-
Gürcüstan surroqat analığı qadağan edir
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Messinin komandası öz meydanında darmadağın oldu
-
Zaur Baxşəliyevin görüntüsü müzakirə yaratdı (Video)
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Binanın blokunda toy edib, süfrə açdılar - (Video)
-
Xalq artisti görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Sabah Bakıda yağış yağacaq
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Tanınmış meyxanaçıların rəqsi gündəm oldu – (Video)
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Xalq artistinin illər əvvəlki görüntüləri yayıldı (Fotolar)
-
Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu olacaq: İlk 15 dəqiqənin tarifi 3 manat
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək
-
Azərbaycanda tələbə qəfil öldü
-
Niderland məhkəməsi BYD-nin bu modelinin satışını qadağan etdi (Foto)
-
"Yaprak dökümü"nün aktrisasının görünüşü müzakirə yaratdı – (Video)





