Sağlamlıq

Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?

27 İyun 2025 21:14
Baxış: 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqlar arasında parvovirus yayılıb.

Milli.Az xəbər verir ki, valideynlərin sözlərinə görə, virus qızartı və qızdırma ilə müşahidə olunur.

İki yaş yarımlıq övladı olan valideyn üç gündür, övladının bu virusa yoluxduğunu söyləyib. O bildirib ki, uşağın üzü qızarıb və az-az qarın nahiyəsindən başlayaraq belinə qədər səpgilər əmələ gəlib, daha sonra isə hərarəti yüksəlib:

"Birinci allergiyadan olduğunu düşündük, lakin sonra uşağın üz-gözü şişdi. Müayinə zamanı "5-ci xəstəlik" adlandırılan parvovirusa yoluxma diaqnozu qoyuldu".

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran infeksionist Mərdan Əliyev qeyd edib ki, parvovirus, kəskin respirator viruslarda olduğu kimi, hava-damcı, yəni tənəffüs yolu ilə insandan-insana yoluxur:

"Özünü qızdırma, yanaq nahiyəsində qızartı, şişkinliklə büruzə verir. Adətən, qızdırma 37-37.5 dərəcəyə qədər yüksəlir. Yüngül gedişli xəstəlikdir. Xroniki xəstəliyi olan şəxslər, əsasən, risk qrupuna daxildir. Eyni zamanda, hamilə qadınlar və yaşlı xəstələrdə ağırlaşmalar müşahidə oluna bilər. Beş yaşına qədər uşaqlarda isə hərarət kifayət qədər yüksələ bilir".

İnfeksionistin sözlərinə görə, xəstəlik uşaqdan böyüyə keçə bilər:

"Böyüklərdə, həmçinin sağlam şəxslərdə, immuniteti yüksək olanlarda simptomsuz müşahidə edilir. Spesifik müalicəsi yoxdur. Simptomatik müalicə aparılır. Bu virusa yoluxan şəxs, adətən, bir həftəyə sağalır".

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.