Tez-tez kabus görmək insanı vaxtından tez qocaldır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni elmi araşdırma tez-tez kabus görən insanların daha tez yaşlandığını və 70 yaşına çatmadan ölüm riskinin üç dəfə artdığını üzə çıxarıb.
Milli.Az xəbər verir ki, bu nəticəyə Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperial College London"un alimləri gəlib. 19 il ərzində 183 min yetkin və 2 min 429 uşağın məlumatlarının təhlili göstərib ki, kabuslar bədənə ciddi təsir edir. Belə ki, tez-tez kabus görən şəxslərdə hüceyrə bərpası zəifləyir və bu, bioloji qocalmanı sürətləndirir.
Tədqiqatı aparan Dr. Abidemi Otaiku bildirib ki, kabus zamanı beynin "mübarizə və ya qaç" reaksiyası aktivləşir və bu hal bədənin kortizol hormonunu yüksək səviyyədə saxlayır. Bu da orqanizmdə yığılan stressin artmasına, nəticədə isə hüceyrələrin vaxtından əvvəl qocalmasına səbəb olur.
Alimlər kabusları yalnız psixoloji deyil, həm də cəmiyyət səviyyəsində ciddi sağlamlıq problemi kimi dəyərləndirirlər. Bildirilib ki, ayda bir dəfə belə kabus görən şəxslər bu halı yaşamayanlarla müqayisədə daha erkən yaşlanır və onların ölüm riski də yüksək olur.
Araşdırmada göstərilir ki, yaxşı yuxu rejimi, stressin azaldılması və qorxu filmlərindən uzaq durmaq kimi sadə tədbirlər kabusların qarşısını almağa kömək edə bilər. Dr. Otaiku qeyd edib ki, bu vəziyyətin qarşısını almaq mümkündür və vaxtında müdaxilə ciddi nəticələrin qarşısını ala bilər.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib





