Ev konservi hazırlamaq istəyənlərə MƏSLƏHƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay ayları mövsümi meyvə və tərəvəzlərin bol olduğu dövr olduğu üçün evlərdə konservləşdirmə ənənəsi canlanır. Lakin məhsulların uzun müddət saxlanılması üçün görülən bu proses zamanı bəzi vacib qaydalara əməl edilməzsə, sağlamlıq üçün təhlükə yarana bilər.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı qida eksperti Ağa Salmanov bildirir ki, konservləşdirmə zamanı ilk növbədə gigiyena qaydalarına ciddi riayət edilməlidir. Bankalar və qapaqlar yaxşıca sterilizasiya olunmalı, istifadə edilən məhsullar təzə və zədəsiz olmalıdır:
"Ən riskli hallardan biri botulizm təhlükəsidir. Bu, kifayət qədər bişirilməmiş və ya havasız mühitdə saxlanılan qidalarda yaranan bakteriyalardır və ciddi zəhərlənmələrə səbəb ola bilər. Ona görə də məhsullar kifayət qədər yüksək temperaturda bişirilməli və hava keçirməyən şəkildə bağlanmalıdır.
Konservləşdirmə zamanı əlavə olunan duz, şəkər və ya sirkə miqdarı da normaya uyğun olmalıdır. Sirkəli və ya duzlu mühit bakteriyaların çoxalmasının qarşısını alır.
Ekspert həmçinin qapağı şişmiş, pis qoxulu və ya rəngi dəyişmiş konservləri istifadə etməməyi tövsiyə edir. Belə məhsullar zəhərlənmə riski daşıyır və dərhal atılmalıdır.
Qeyd edək ki, düzgün aparılan konservləşdirmə həm qida israfının qarşısını alır, həm də qış aylarında sağlam və ləzzətli məhsullardan istifadə imkanı yaradır.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Sabah" "Slaviya Praqa"ya qarşı
-
BDYPİ-dən sürücülərə dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq
-
Azərbaycan nefti büdcə qiymətini iki dəfə üstələdi
-
Çempionlar Liqasında bu gün 9 oyun keçiriləcək
-
Vlahoviç “Beşiktaş”da rekorda imza atdı
-
Bakı metrosuna 302 milyon dollar kredit ayrıldı
-
“44”ün qəhrəmanları - (Video)
-
Aeroport şosesində qəza: “Koroğlu” istiqamətində sıxlıq yarandı - (Video)
-
Qabyuyan vasitələr sağlamlığınıza zərər verə bilər
-
Bibər qızardarkən ən vacib nüans - nə yanır, nə də partlayır
-
53 dollarlıq gəlinlik və 3 dəfə rədd edilən təklif: Hillari və Bill Klintonun gözlənilməz toyu - (Foto)
-
Qapağa paltar sancağı taxmağa başladılar - mətbəx hiyləsi
-
65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı
-
Keks bulud kimi qabarır - xəmirə bir qaşıq əlavə etmək bəs edir
-
“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” - Zülfiyyə İbadova
-
Atasının evinə getdi, canından oldu - (Video)
-
Qaynadıb suyunu içənlərin ürəyi yenilənir
-
"Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
-
Zelenskiyə etimad azalır? – Ukraynada prezidentlik üçün dörd namizədin adı çəkilir
-
Kiyevə dron zərbəsi endirilib, ölən və yaralananlar var
-
Bakıda ət niyə baha satılır? - (Video)
-
Günün qoroskopu: Dostluğun romantik müstəviyə keçdiyi uğurlu bir gündür
-
Vahid geyim bəhanəsilə məktəblərə hücum cəhdi: Məktəblərdəki insidentin pərdəarxası
-
Qırğızıstan 2027-ci ildə MDB ölkələrinin IV Oyunlarına ev sahibliyi edəcək





