Kişilər də döş xərçənginə tutulurmuş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Anasını 48 yaşında süd vəzisi xərçəngindən itirən 53 yaşlı Geoff Sweeney döşündə hiss etdiyi qəribəliyin ciddi əlamət olmadığını düşünürdü. Çünki süd vəzisi xərçənginin kişilərdə də rast gələcəyindən xəbərsiz idi. Diaqnoz qoyulduqdan sonra xərçəngi müvəqqəti dəf etsə də, xəstəlik qısa müddət sonra sümüklərinə, ağciyərlərinə və beyninə yayılmış şəkildə geri dönüb.
Geoff idmanla məşğul olarkən yıxılıb və döş nahiyəsi göyərib. Morluqlar keçəndən sonra təxminən 3 sm-lik sərt yumru qaldı. Ağrı vermədiyi üçün əhəmiyyət verməyib. Həkimə başqa səbəbdən getdiyi vaxt yumrudan da bəhs edib və xəstəxananın süd vəzisi xərçəngi şöbəsinə göndərilib. Müayinə mamoqrafiya və biopsiyadan sonra Geoff-un həyatı dəyişib.
"Ailəmdə bu xəstəlik olsa da, heç vaxt kişilərin də süd vəzisi xərçənginə tutulacağını düşünməmişdim. Buna görə diaqnoz məni şok etdi," - deyə Geoff bildirib.
O, digər kişilərin də bu təhlükəni ciddiyə almalarını istəyir: "Xəstəlik nə qədər tez aşkarlanarsa, müalicə şansı da bir o qədər artır. Kişilər də bu əlamətləri bilməli və nəzarətdən yayınmamalıdır."
Geoff üçün ilk mərhələdə mastektomiya, limfa düyünlərinin çıxarılması, döş radiasiya terapiyası və immunoterapiya tətbiq edildi. Özünü ümidli hiss etsə də, sağaldıqdan cəmi 18 ay sonra belində başlayan ağrı ilə vəziyyət dəyişdi. Bu dəfə xərçəng artıq bədəninin bir çox nahiyəsinə yayılmışdı və sağalması mümkün deyildi.
"Bu ölümcül diaqnozdur, amma artıq qəbul etmişəm," - deyə Geoff bildirib. "İndilik özümü xəstə hiss etmirəm, sadəcə bütün müalicələr məni yorub. Amma bilirəm ki, bir anda hər şey daha da pisləşəcək. Ona görə də əsas olan yaşadığım müddətdə maksimum dəyərli vaxt keçirməkdir."
Geoff hazırda internet üzərindən süd vəzisi xərçəngindən əziyyət çəkən digər kişilərlə təcrübələrini bölüşür və hekayəsinin digərlərinə xəbərdarlıq olmasını istəyir: "Özünüzü yoxlayın. Şübhə varsa, həkimə gedin. Kişiyəm deyə bu mənə olmaz deməyin. Hamımız insanıq, hamımızda süd vəzi toxuması var."
Mütəxəssislər bildirir ki, bu xəstəlik kişilərdə qadınlara nisbətən daha az rast gəlinir. Türkiyədə hər il təxminən 25 min qadında süd vəzisi xərçəngi aşkarlanırsa, kişilərdə bu rəqəm 200-250 arasındadır. Buna səbəb kişilərin süd vəzi toxumasının az olması və ömür boyu estrogen hormonuna daha az məruz qalmalarıdır.
Prof. Dr. Fatih Aydoğanın sözlərinə görə kişilərdə süd vəzisi xərçəngi daha gec mərhələdə aşkarlanır. Çünki kişilər bu riskin fərqində deyillər və əlamətləri ciddiyə almırlar. Həmçinin qadınlarda olduğu kimi müntəzəm mamoqrafiya proqramı da mövcud deyil.
Risk faktorları həm kişilər, həm də qadınlar üçün ortaqdır: artıq çəki, zəif qidalanma, az hərəkətlilik, uzun müddət zərərli kimyəvi maddələrə məruz qalmaq. Amma kişilərdə genetika daha önəmlidir. Xəstəliyə tutulan kişilərin 20 faizi yaxın qohumlarında eyni xəstəlik olub. Onların 10 faizi BRCA2, 1-2 faizi isə BRCA1 gen mutasiyası daşıyır. Hər iki mutasiya prostat xərçəngi riskini də artırır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dostunun toyuna gedən qazi faciəli şəkildə öldü
-
İranda orqanlarını satırlar: 20-30 faiz endirimlə... - (Foto)
-
Bazar günü yağış və qar yağacaq
-
Məşhur türk müğənni tanınmaz halda - (Foto)
-
5 BÜRCÜN şans üzünə güləcək
-
Futbolçunun ölümünə səbəb olan qapıçıya ağır cəza
-
BMW 720 mindən çox avtomobili geri çağırır
-
İstilik mövsümü başlayır
-
“Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)
-
Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş... - Yenilənib - Foto
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
-
Samir Əhmədov qəfil vəfat etdi
-
Ronaldinyo 2015-ci ildən bəri ilk rəsmi oyununu keçirəcək
-
Azərbaycanlı məşhurların arxiv fotoları gündəm oldu – Bəzilərini tanımaq olmur - (Fotolar)
-
İrəvanın gözləntisi boşa çıxdı: Türkiyə icazə vermədi
-
Messi Kenan Yıldıza xüsusi hədiyyə göndərdi - (Video)
-
FHN-dən əhaliyə xəbərdarlıq
-
Neftimiz bahalaşdı
-
Rəqsanənin kişi pərəstişkarına reaksiyası müzakirə yaratdı - (Video)
-
Gənc əsgərlərlə görüşlər müvəqqəti dayandırıldı - Rəsmi
-
Asya Əlizadə barəsində 5 il həbs tələb olundu
-
Azərbaycan AMERIPOL-un XVI Zirvə Görüşündə ilk dəfə müşahidəçi üzv kimi təmsil olunub - (Foto-Video)
-
Pensiyalar belə artırılacaq: Deputat açıqladı
-
Murat Bozdan müflis olması xəbərinə reaksiya





