Sağlamlıq

Çay dəmləməyin bilinməyən faydaları var - Alimlər AÇIQLADI

28 Fevral 2025 02:02
Baxış: 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər ABŞ-ın Şimal-Qərb Universitetindəki yeni araşdırmalarının nəticələrini açıqlayıb.

Milli.Az xarici emdiaya istinadla xəbər verir ki, araşdırmada çay dəmləmənin suda olan ağır metalları, xüsusilə qurğuşun və kadmiumu, "əhəmiyyətli dərəcədə" azaltdığı müəyyən edilib. Çayın dəmləmə prosesi suda bu metal ionları ilə kimyəvi bağlar yaradaraq onları sudan çıxarmağa kömək edir.

Araşdırmada müxtəlif çay növləri, çay paketləri və dəmləmə üsulları suda ağır metalların miqdarına təsirini göstərmişdir.

Tədqiqatçıların dediyinə görə, incə üyüdülmüş qara çay yarpaqları, böyük səth sahəsi sayəsində ağır metal ionlarını sudan böyük ölçüdə çıxara bilir. Həmçinin, çayın dəmləmə müddətinin uzanması ilə bu təsir artır. Sellülozadan hazırlanan çay paketləri isə pambıq və neylondan daha təsirli olub.

Bu araşdırmanın nəticələri içməli suyun ağır metal çirkliliyi ilə qarşılaşan bölgələrdə çayın sağlamlığa müsbət təsir göstərə biləcəyini göstərir. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.