Ölkə

Qanunları pozan keçmiş məmur öldü

28 Fevral 2025 06:56
Baxış: 1 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş nümayəndəsi vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Belə ki, icra hakimiyyətinin Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə keçmiş nümayəndəsi, adıçəkilən qəsəbənin sabiq bələdiyyə sədri İsrail Tağıyev 64 yaşında qəfil dünyasını dəyişib.

İ.Tağıyev şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Mərhum fevralın 28-də Ərkivan qəsəbəsinin Abbaslı-İsoba qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 2020-ci ildə İsrail Tağıyevin barəsində Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdı.

O, xüsusi karantın rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməkdə təqsirləndirilirdi.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.