Hadisə

Oğuzda it kişiyə ağır xəsarət yetirdi

28 Fevral 2025 00:11
Baxış: 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 14:30-da 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) it hücumu nəticəsində xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəyə burunun açıq yarası, əl baş barmağının didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.

Xəstəyə ilkin zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi müayinə almaq üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Tibb müəssisəsində zərərçəkmişə zəruri tibbi xidmətlər göstərilib. Burunun yumşaq toxumaları tam amputasiya olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.