Sağlamlıq

Portağal qabığının gözlənilməz faydalı xüsusiyyəti

16 Yanvar 2025 08:59
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyalı tədqiqatçılar aşkar ediblər ki, portağal qabığı həzm prosesini yaxşılaşdırmaqla yanaşı, həm də bağırsaqda faydalı bakteriyaların çoxalmasına kömək edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələri "Human Nutrition & Metabolism" elmi jurnalında dərc olunub.

Mütəxəssislər qeyd edirlər ki, portağal qabığının tərkibində hüceyrə aktivliyini dəstəkləyə və oksidləşmədən qoruya bilən çoxlu bitki mənşəli bioloji aktiv birləşmələr - polifenollar mövcuddur.

Portağal qabığı, həmçinin liflə, xüsusən də onun həll olunan forması olan pektinlə zəngindir. Bu, suyu udmaq, həzm prosesini asanlaşdırmaq, qanda şəkərin səviyyəsini sabitləşdirmək və xolesterin və arterial təzyiqi azaltmaq qabiliyyətinə malikdir.

Bundan əlavə, alimlər portağal qabığının bağırsaq mikrobiomuna müsbət təsir göstərdiyini də müəyyən ediblər. Lif faydalı mikroorqanizmlərin böyüməsini stimullaşdırır, flavonoidlər və polifenollar isə bağırsaq baryerini möhkəmləndirir, zərərli bakteriyaların qarşısını alır və probiotiklərin aktiv qalmasına kömək edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.