"Beynimiz yaxşı işləməsin deyə illərlə bizə bunu yeməyə qoymayıblar"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yağ olmasa beyin işləməz, bizi yağsız qoydular ki, beynimiz işləməsin"
Türkiyəli professor, yazar və həkim Canan Karatay açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, məşhur həkim yağların zərərli olması barədə yayılan məlumatları yalan adlandırıb. Onun dediyinə görə insanları yağ yeməkdən çəkindirməklə beynin düzgün fəaliyyətinə mane olmağa çalışıblar.
O, uşaqların sağlam və xoşbəxt böyüməsi üçün yağ və zülal əsaslı qidalanmanın vacib olduğunu vurğulayıb. O, illərlə yağın zərərli olduğu ilə bağlı yanlış fikirlərin yayıldığını və bunun insan beyninin fəaliyyətinə mənfi təsir etdiyini qeyd edib. "Yağ olmasa beyin işləməz, bizi yağsız qoyublar ki, beynimiz işləməsin," deyə Karatay əlavə edib.
Karatay uşaqlara şəkər verilməməsinin əhəmiyyətinə diqqət çəkərək, şəkərin və hətta çörəyin orqanizmə daxil olduqdan sonra şəkərə çevrilərək zərər verdiyini bildirib. O, hazır qida məhsullarının uşaqların fiziki və ruhi sağlamlığı üçün heç bir faydasının olmadığını, xüsusilə şəkər, şokolad, qofret və qarğıdalı ləpələrinin ultra emal olunmuş qidalar olduğunu deyib.
Karatay bəzi ölkələrdə, xüsusən Yaponiyada, məktəblərdə sağlam qidalanma ilə bağlı tətbiqlərin mövcud olduğunu vurğulayıb. Yapon məktəblərində uşaqların öz qidalarını hazırlayıb qablarını yuduqlarını, iki dəfə qidalandıqlarını və axşam yeməyində dəniz məhsulları istehlak etdiklərini söyləyib. O, həmçinin kənd yumurtasının uşaqlar üçün ən faydalı qida olduğunu qeyd edərək, "Yaponiyada yeddi yaşından sonra uşaqlara gündə iki yumurta yedizdirilir," deyib.
O, Türkiyədə də bu cür milli siyasətin həyata keçirilməsinin vacibliyini vurğulayıb: "Uşaqlar məktəblərdə həm təhsil almalı, həm də sağlam qidalanma ilə bağlı nümunələr görməlidir."
Karatay, zeytun meyvəsi və zeytun yağının istifadəsinin artırılması ilə bir çox xəstəliyin qarşısının alına biləcəyini də əlavə edib. "Əgər ölkəmizdə zeytun və zeytun yağı istifadəsi artsa, heç bir xəstəlik qalmaz", - deyə bildirib.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
Hidayət Heydərov bürünc medal qazandı
-
Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
-
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
-
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib - Yenilənib (Foto)
-
U-15 dünya çempionatı: İspaniya çempion olub
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)
-
Azərbaycanın beynelxalq mövqeyi: müharibədən sülhə, regional gücdən qlobal nüfuza
-
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
-
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)
-
Ərdoğan Bayramovu qəbul etdi
-
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
-
Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib
-
Hörmüz boğazında iki tankerdə yanğın baş verdi
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)





