Sağlamlıq

Yeni virus yayıldı - Ən çox bu uşaqlar yoluxur - VİDEO

5 Oktyabr 2024 10:40
Baxış: 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər uşaqlar arasında yüksək hərarət, ürək bulanmaları, mədə ağrıları, ishal və halsızlıq əlamətləri olan yeni infeksiya yayılıb. Paytaxt sakinlərinin sözlərinə görə, bu hal günlərdir ki, uşaqlarda müşahidə olunur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,  həkim-terapevt Rasif Bağırov deyir ki, sözügedən virusun konkret olaraq adı yoxdur. Hər fəsil dəyişikliyi zamanı bu hal xüsusilə uşaqlarda müşahidə edilir.

Rasif Bağırovun sözlərinə görə, virusa ən çox immun sistemi zəif olan uşaqlar yoluxur.

Həkim deyir ki, uşaqları yoluxmadan qorumaq üçün immun sistemini möhkəmləndirmək lazımdır. Yəni vitaminli qidalar və meyvə-tərəvəzə üstünlük verilməsi, fiziki aktivliyin artırılması və açıq havada gəzinti çox vacibdir. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.