Azərbaycanda yeni tədris ili: Qızılca xəstəliyindən necə qorunmalı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda Azərbaycanda qızılca riski davam edir. 2023-cü ilin aprel ayından etibarən qızılca xəstəliyinin alovlanması qeydə alındı. Xəstəliyin alovlanması nəticəsində, əsasən, qızılcaya qarşı peyvəndi olmayan uşaq və yeniyetmələr xəstələndi.
Artıq bu gündən Azərbaycanda yeni tədris ili başlandı. Məktəblərin açılması ilə uşaqların eyni qapalı məkanda və bir-biri ilə sıx təmasda olması onlar arasında müxtəlif infeskiyaların, həmçinin, qızılca xəsətliyinin yayılmasına səbəb ola bilər.
Bəs, bu xəstəliklərin qarşısı necə alına bilər?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə 2023-cü ilin dekabr ayından başlayaraq qızılca xəstəliyinin yayılmasının qarşısının alınması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə hər hansı bir səbəbə görə qızılca peyvəndindən kənarda qalan, qızılca xəstəliyi keçirməyən 10 yaşa qədər və 11 - 40 yaş arası əhalinin qızılca əleyhinə vaksinasiyası həyata keçirilir.
"Bu müddət ərzində qızılca peyvəndindən kənarda qalan 48734 nəfər uşaq və böyük yaşlı əhali qızılca-parotit-məxmərək əleyhinə QPM vaksini və qızılca-məxmərək əleyhinə QM vaksini ilə peyvəndlənməyə cəlb olunub. Hazırda immunlaşdırma tədbirləri davam etdirilir", - deyə əlavə edilib.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablandıran pediatr-reanimatoloq Qoşqar İsmayılov bildirib ki, sentyabr ayından etibarən virusların aktiv olduğu dövr başlayır.
"Xüsusən payız fəslində viral olan infeskiyalar daha çox özünü göstərəcək. Bağçaların, məktəblərin açılması 6 yaşa qədər uşaqlar arasında infeksiyaların yayılmasına gətirib çıxaracaq. Bunun qarşısını almaq üçün bir neçə yol var. Birinci növbədə düzgün qidalanma, yuxu rejimi qaydasında olmalıdır. Daha sonra peyvəndlənmə və vaxtlı-vaxtında həkim qəbulunda olmaq infeksiyaların qarşısını almağa kömək edə bilər", - deyə o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazandı
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)





