Bu xasiyyət yaşlı insanların ömrünü uzadır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yaşlı insanlarda psixi davamlılıq və çətinliklərlə mübarizə aparmaq bacarığı onlarda ölüm riskini azaldır".
Milli.Az oxu.az-a istinadən bildirir ki, Çinin Sun Yat-sen adına Cuncşan Universitetindən bir qrup tədqiqatçı apardığı genişmiqyaslı araşdırmadan sonra bu qənaətə gəlib. Tədqiqatın nəticələri "BMJ Mental Health" elmi jurnalında dərc edilib.
Tədqiqatda orta yaşı 66 olan 10 min 5 yüz nəfər iştirak edib. Alimlər iştirakçıların iqtisadi və ailə vəziyyəti haqqında məlumatları diqqətlə təhlil ediblər, həmçinin onların sağlamlıq vəziyyəti haqqında ətraflı məlumat toplayıblar. Daha sonra könüllülər xüsusi psixi davamlılıq qiymətləndirməsindən keçiblər. Burada onlara inadkarlıq, sakitlik, məqsədyönlülük, özünə inam və ümumiyyətlə çətinliklərin öhdəsindən tək gəlmək bacarığı kimi xarakter xüsusiyyətlərinin özlərində nə dərəcədə ifadə olunduğunu qiymətləndirmək təklif olunub.
Bütün lazımi məlumatlar toplandıqdan sonra təxminən 12 il davam edən müşahidə dövrü başlayıb. Bu müddət ərzində tədqiqatın 3 min 4 yüz iştirakçısı vəfat edib. Əldə edilən məlumatların təhlili göstərib ki, iştirakçıların psixi davamlılıq göstəriciləri nə qədər yüksək olubsa, onlarda hər hansı səbəbdən ölüm riski bir o qədər aşağı olub.
Psixi davamlılıq və ömür uzunluğu arasında aşkarlanmış əlaqə iştirakçıların ailə vəziyyəti, cinsi, irqi və çəkisi kimi amillər nəzərə alındıqdan sonra belə statistik cəhətdən əhəmiyyətli olaraq qalıb.
Çinli alimlər xüsusilə qeyd ediblər ki, məhz çətinliklərin öhdəsindən gəlmək qabiliyyəti psixi davamlılığın ən vacib aspekti kimi çıxış edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
XƏBƏR LENTİ
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)





