Həkimlərin “qara siyahı”sına düşən qidalar: xərçəngə səbəb olurlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qidalanma rejiminizi planlaşdırarkən əsas məsələni xatırlamaq vacibdir - insan özünü yeməklə "zəhərləməməlidir".
Milli.Az medicina.az-a istinadla xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiklərindən biri bildirib.
"Qidalanma və onun təsiri, o cümlədən gələcək nəsillərə təsiri müzakirə edilir. Bu gün xüsusilə böyük şəhərlərin sakinləri üçün qidalanmada tarazlığı saxlamaq çətin ola bilər, lakin bunun üçün səy göstərmək vacibdir", - deyə akademik bildirib.
Mütəxəssisin sözlərinə görə, bu və ya digər pəhrizə riayət etməyi planlaşdırarkən diqqətli düşünmək lazımdır:
"Bir sıra qidaları istisna etmək mədə-bağırsaq sisteminin xroniki xəstəliklərinin inkişafına səbəb ola bilər. Digər tərəfdən, qidalanma prinsipləri olduqca sadədir: sağlam olmayan qidaları - qızardılmış, çox yağlı, yarımfabrikatları məhdudlaşdırmaq lazımdır. Pəhrizdə üstünlük təşkil edən doymuş yağ və trans yağlı məhsullar bağırsaqlara, ürəyə, qan damarlarına, mədə-bağırsaq sisteminə zərərli təsir göstərir. Bunlar, həmçinin görünüşə pis təsir edir, vaxtından əvvəl qocalmağa səbəb olur".
Mütəxəssis bütün həkimlərin "qara siyahı"sında olan qidalardan uzaq durmağı məsləhət görüb. O, həmçinin bu siyahıda bağırsaq disfunksiyasına, qanda şəkərin artmasına və sairə səbəb olan bir neçə içkinin də olduğunu vurğulayıb:
"Pəhrizdən qazlı (xüsusilə şirin) içkiləri çıxarmaq, spirtdən imtina etmək, qəhvəni isə ehtiyyatla içmək lazımdır".
Tibb elmləri namizədi, qastroenteroloq-hepatoloq Sergey Vyalov isə hesab edir ki, tərkibi tam başa düşülməyən istənilən yarımfabrikatdan istifadə təhlükəlidir:
"Belə yeməklərə uzun müddət saxlanmasına kömək edən maddələr əlavə edilir. Araşdırmalar göstərir ki, süfrəyə qoyulan yarımfabrikat qidalar (hətta gündə bir porsiyadan danışsaq belə) bağırsaqlarda iltihablanma riskini iki dəfədən çox artırır. Bu, poliplərin meydana gəlməsi üçün şərait yaradır. Bu isə prekanseroz vəziyyətdir".
Həkimlər onu da xatırladıblar ki, şəkərli, duzlu qidaların və hisə verilmiş məhsulların həddindən artıq istehlakı xərçəngə tutulma riski ilə əlaqələndirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
XƏBƏR LENTİ
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
"Mançester Yunayted" hesabda 4:0 öndədir - YENİLƏNİR - CANLI
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi





