"Hisə verilmiş kolbasanın müntəzəm istehlakı xərçəngə tutulma riskini artırır".
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəkərin orqanizm üçün əsl "zəhər" olduğu barədə artıq hamı məlumatlıdır. Ancaq bəzi qidalar sağlamlığımıza şəkərdən daha çox zərər vura bilər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya müsahibəsində endokrinoloq Ancela Tolmasova danışıb.
O, karbohidratları və yağları birləşdirən, əlavə olaraq da duz və şəkər ehtiva edən qidaalrın çox təhlükəli olduğunu bildirib.
"Ən pis seçim emal olunmuş ət məhsullarıdır (bekon, kolbasa, sosis və s). Onları yağsız zülallar, meyvələr, tərəvəzlər, göyərti, çərəz və toxumlarla əvəz etmək lazımdır. İşlənmiş qidalar piylənməyə səbəb olur".
Həkim bu cür qidaları menyudan çıxarmaq üçün əsas 3 səbəbi açıqlayıb:
"Birincisi, ürək və qan damarlarına zərər verir, təhlükəli xəstəliklərə səbəb olurlar.
İkincisi, belə qidalar qan təzyiqi və yüksək xolesterol ilə əlaqələndirilir.
Üçüncüsü isə emal edilmiş ət məhsulları kanserogenlər kimi təsnif edilir. Məsələn, hisə verilmiş kolbasanın müntəzəm istehlakı xərçəngə tutulma riskini artırır".
O, qida rasionunda ağ çörəyin, şəkərli və qazlı içkilərin, eləcə də "fast food"ların olmasının da narahatlıq yaratdığını bildirib:
"Qazlı içkilər artıq çəki, piylənmə; ağ çörək diabet; kartof qızartması isə ürək üçün əlavə risklərlə əlaqələndirilir".
Endokrinoloq alkoqolun da sağlamlıq üçün böyük risk yaratdığını qeyd edib. O, spirtli içkilərdən tamamilə imtina etməyə hazır olmayanlara hələlik alkoqolsuz və ya az alkoqollu şərablar, eləcə də pivə ilə kifayətlənməyi məsləhət görüb:
"Nə qədər az spirt içsək, bir o qədər yaxşıdır. Bu, qaraciyərin və mədəaltı vəzin yükünü azaldacaq".
Ancela Tolmasova vurğulayıb ki, zərərli qidaları tamamilə qadağan etmək deyil, daha sağlam və aşağı kalorili qidalara üstünlük vermək vacibdir.
"Mütəxəssislər tez-tez pəhrizdə lifin faydalarını xatırladırlar. Lifin çatışmazlığı bağırsaqlarda pozğunluqlara səbəb olur. Əgər kifayət qədər lifli qidalar yeyirsinizsə və çoxlu su içirsinizsə, orqan disfunksiyası ehtimalınız əhəmiyyətli dərəcədə azalacaq", - deyə həkim nəzərə çatdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Zidan Ronaldonu müdafiə etdi





