Gənc qalmağın sirri: 30 yaşdan sonra...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İllər keçdikcə dəri elastikliyini itirir və qırışlar yaranır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu vəziyyətin qarşısını almaq üçün tək çarə plastik cərrahiyyə və botoks kimi müdaxilələr deyil. 30 yaşdan sonra 3 əsas əlavəni qəbul edərək daha gənc qalmaq mümkündür.
Qida əlavələri dərinizin daha yaxşı görünməsini təmin edə bilər.
Bədənimiz bütün hüceyrələrini daim yeniləyir. Məsələn, dəri hüceyrələrimiz hər 30 gündə, beyin hüceyrələrimiz isə 90 gündən bir yenilənir. Qəbul etdiyimiz bəzi əlavələr bu regenerasiyanı sürətləndirir və bizə qırışsız, gənc görünən dəri bəxş edir.
ABŞ-da yaşayan qidalanma üzrə mütəxəssis Cennifer Henuey 30 yaşdan yuxarı insanlara tövsiyə etdiyi üç qida əlavəsindən bəhs edib.
Amin turşusu
"MindBodyGreen"ə danışan Cennifer bildirib ki, insanlar 20 yaşının sonlarına daxil olduqda kollagen istehsalı yavaşlayır. Kollagen dəri, əzələlər, sümük və birləşdirici toxuma quruluşunu təmin edir. İnsanlar kifayət miqdarda amin turşuları qəbul edəərk kollagen istehsalını artıra bilərlər.
"Təəssüf ki, bədənimiz beynimiz, ürəyimiz və ya ağciyərlərimizdən fərqli olaraq dəriyə artıq vacib bir orqan kimi üstünlük vermir.
Az və ya kifayət qədər zülal istehlak etsək, bədən bu əlavə amin turşularını dərimizin, saçlarımızın və ya dırnaqlarımızın sağlam görünmələrini təmin etməyə sərf etməyəcək. Ona görə də əlavə olaraq amin turşusu qəbul etmək böyük əhəmiyyət kəsb edir", - deyə mütəxəssis qeyd edib.
Omeqa-3
İnsanlar yaşlandıqca dəri baryerləri zəifləyir. İltihab, qida çatışmazlığı, daxili stress amilləri və günəşə məruz qalma, çirklənmə kimi amillər də dəriyə zərər verə bilər.
Plastik cərrah Entoni Youn bildirib ki, tərkibində Omeqa-3 yağ turşuları olan qidalar qocalma prosesini yavaşlatmaq üçün ata biləcəyimiz ən böyük addımdır:
"Güclü Omeqa-3 yağ turşuları təkcə dərinizə deyil, beyninizə də faydalıdır. Tədqiqatlar göstərir ki, Omeqa-3 əlavələrinin qəbulu dərinin iltihab reaksiyasını tarazlaşdırmağa kömək edə bilər".
KOENZİM Q10
Bədən tərəfindən təbii olaraq istehsal olunan bir antioksidant olan CoQ10 hüceyrə böyüməsini və qorunmasını dəstəkləyir.
Dərinin gənc olmasına kömək edən fibroblastları, kollagen istehsal edən hüceyrələri və elastik lifləri qoruyur. Tədqiqatlar, həmçinin sübut edib ki, KOENZİM Q10 qəbulu qırışları azaldır və dərinin hamarlığını təmin edir.
Qeyd edək ki, bütün bu əlavələri hansı dozada qəbul edəcəyinizi bir mütəxəssisə müraciət edərək müəyyənləşdirməlisiniz.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)





