Sağlamlıq

Həkimdən C vitamininin əks təsirləri ilə bağlı XƏBƏRDARLIQ

9 Aprel 2024 05:05
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həddindən artıq C vitamininin qəbulu aterosklerozun ağırlaşmasına, böyrək daşlarına və dölün bətndaxili inkişafının pozulmasına səbəb ola bilər".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı diyetoloq Yelena Solomatina deyib.

C vitamini orqanizmin normal fəaliyyəti üçün vacib olsa da, onun həddindən çox istehlakı toxumalara zərər verə bilər. Bu, həmçinin aterosklerozun ağırlaşmasına və böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər.

Bundan əlavə, hamiləlik dövründə bu vitaminin həddindən çox qəbulu dölə, südvermə dövründə isə qadına və körpəyə zərər verə bilər. Buna görə də hamilə və uşaq əmizdirən qadınların C vitamini qəbul etmələri təhlükəlidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.