Sağlamlıq

Bahar fəsli yeniyetmələrin görünüşünü necə dəyişir?

21 Mart 2024 08:12
Baxış: 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fəsillərin dəyişməsi yeniyetmələrdə hormonal dalğalanmaları stimullaşdıra bilər, lakin ayrı-ayrılıqda yox, amillər kompleksində.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə endokrinoloq, tibb elmləri namizədi Oksana Panova "Gazeta"ya müsahibəsində bildirib. 

"Yeniyetməliyin əsas xüsusiyyətləri daimi böyümə və inkişafdır. Yazda yeniyetmələr daha çox hərəkət etməyə başlayır və artan fiziki fəaliyyət səviyyəsi hormonal səviyyələrə təsir edir və cinsi hormonların istehsalını stimullaşdıra bilər.

Onların təsiri altında, yağ və tər hüceyrələrinin işi aktivləşir, bu da tez-tez dərinin vəziyyətinə, o cümlədən görünüşünə təsir göstərir", - deyə  endokrinoloq bildirib. 

Endokrinoloqun sözlərinə görə, yaz aylarında  D vitamininin qəbulu və "sevinc hormonu" serotoninin səviyyəsi artır ki, bu da cinsi hormonların balansına təsir edə bilir.

Mütəxəssis vurğulayır ki, mövsümlərarası fasilədə bir çox yeniyetmələrdə xroniki xəstəliklər kəskinləşir, ona görə də bu dövr valideynlərdən və müəllimlərdən daha çox diqqət tələb edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.