"Cinsi əlaqədə nələrdən zövq aldığınızı, istəklərinizi... - Psixoloqdan cütlüklərə MƏSLƏHƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar ətrafımızda boşananların sayının artdığının şahidi oluruq. Statistikaya baxdıqda da görürük ki, mənzərə ürəkaçan deyil. Artıq boşananların sayı evlənənlərin sayından qat-qat çoxdur. Ümumiyyətlə, cütlüklərin yola gedə bilməməsi, boşanmlar cəmiyyətimizin əsas problemlərindən birinə çevrilib.
Bəs bu problemdən çıxış yolu nədir? Cütlüklər bu həddə gəlib çıxmamaq üçün nələrə diqqət etməlidirlər?
Milli.Az bildirir ki, mövzu ilə bağlı sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, hər kəs özünü anlaya biləcək, onu dəyişməyə çalışmayan biri ilə münasibət qurmaq istəyir, lakin sonradan özü də qarşı tərəfi sıxmağa başlayır:
"Cütlüklər əsasən münasibətə başladıqdan sonra bir-birilərini dəyişməyə çalışırlar. Qısqanclıq adı altında bir-birilərinin şəxsi həyatlarına müdaxilələr edirlər. Bu isə sağlam münasibətin formalaşmasına imkan vermir. Azadlığı, sərbəstliyi məhdudlaşan insan münasibətdə xoşbəxt ola bilməz. Elə məhz ona görə də münasibətlər davamlı olmur. İnsanlar həm sevgili olarkən, həm də ailə qurduqdan sonra səbirli olmağı və empatiya qurmağı bacarmalıdırlar. Əgər hər adi mübahisə böyük bir münaqişəyə çevrilirsə, bunun səbəbi tərəflərin səbirsizliyidir. Əsəbi halda xoşagəlməz davranışlar sərgiləyirlər. Bu da tərəflər arasıdakı bağın qopmasına səbəb olur. Empatiya qurmağı bacarmaq isə böyük bir lütfdür. Bunu bacaran insanlar qarşı tərəfin hisslərini daha yaxşı dərk edir və anlayışla qarşılayırlar".
Psixoloq bildirib ki, münasibətdə ahəng olmalıdır:
"Cütlüklər bir-birinin cinsi istəklərini də başa düşməlidirlər. Azərbaycanda cütlüklər cinsi mövzulardan danışmağa çəkinirlər. İstəklərini izah edə bilmirlər. Amma münasibətin sağlam təməlini qurmaq üçün cinsi istəklər barədə danışmaqdan çəkinməməlidirlər. Cinsi aspektdən zövqlər barədə fikir mübadiləsi aparılmalıdır. Bu mövzunun danışılmaması evləndikdən sonra böyük problemlərin yaranmasına səbəb olur. Tərəflər bir-birilərinin zövqlərindən xəbərsiz olduqları üçün istəklərini təmin edə bilmirlər. İstəkləri təmin olunmayan tərəflər də başqalarına meyillənir. Xəyanət də münasibətləri bitirən ən böyük faktordur".
Gülər Məmmədova son olaraq əlavə edib ki, tərəflər maddi cəhətdən də bir-birilərini başa düşməlidirlər:
"Maddi çətinlikləri birgə aradan qaldırmağa çalışmaq sevgini daha da gücləndirir və cütlüklərin bir-birinə daha dərin bağlarla bağlanmasına səbəb olur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
Hidayət Heydərov bürünc medal qazandı
-
Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
-
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
-
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib - Yenilənib (Foto)
-
U-15 dünya çempionatı: İspaniya çempion olub
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)
-
Azərbaycanın beynelxalq mövqeyi: müharibədən sülhə, regional gücdən qlobal nüfuza
-
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
-
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)
-
Ərdoğan Bayramovu qəbul etdi
-
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
-
Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib
-
Hörmüz boğazında iki tankerdə yanğın baş verdi
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)





