Sağlamlıq

Yapon qadınların üz gözəlliyinin sirri

20 Dekabr 2023 08:21
Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yapon qadınları əsrlər boyu dərilərinə qulluq baxımından digər xalqlardan fərqləniblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaşlanmanın təsiri ilə dərimiz yavaş-yavaş ləkələrə təslim olmağa başlayır.

Günəşə məruz qalması nəticəsində dəri səthində yaranan bu ləkələr çox vaxt dəriyə qulluq məhsulları ilə aradan qaldırıla bilmir. Ancaq dəridəki ləkələri aradan qaldırmaq üçün təbii üsullar daha yaxşıdır. Yapon qadınları dərilərini ağartmaq üçün düyüdən istifadə edirlər.

Dərinizi düyü maskası ilə ağartmaqla dəri ləkələrindən xilas ola bilərsiniz. Düyü suyu dəri məsamələrini təmizləməyə kömək edir, dərinin tonunu açır, müxtəlif ləkələri aradan qaldırmağa kömək edir.

Dərini düyü suyu ilə ağartmaq üçün əvvəlcə bir az düyünü toz halına salın. Sonra düyü tozunu qəhvə qabına qoyun və üzərinə az miqdarda süd əlavə edib ilıq olana qədər qızdırın. Soyuduqdan sonra qarışığı pambıqla dərinizə çəkin. Maskanı dəridə 30 dəqiqə saxlayıb, gözləmə müddətinin sonunda dərinizi ilıq su ilə yuyun. Bu cür maskanı hər gün tətbiq edə bilərsiniz.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.