Sağlamlıq

Alimlər yeni orqan tapdılar - Bu hissədə yerləşir - FOTO

19 Dekabr 2023 06:06
Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollandiyalı tədqiqatçılar təsadüfən əvvəllər diqqət çəkməyən yeni orqan kəşf ediblər.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, insan bədənində 78 müxtəlif orqan var. Ancaq indi 79 olduğunu deyə bilərik.

Hollandiya Xərçəng İnstitutunun alimləri təsadüfən yeni orqan kəşf ediblər.
Tədqiqatçılar şişin müalicəsi üçün radioaktiv qlükoza yeridilmiş xəstələrə CT və PET yoxlamaları aparıblar.

Skanları araşdıran qrup, inyeksiya zamanı başın içərisində iki nahiyənin işıqlandığını görüb və orada bir cüt tüpürcək vəzi olduğunu irəli sürüb.

Komanda orqana "borucuq tüpürcək vəzi" adını verib.

Bu orqan burnun arxasında yerləşir. Burun boşluğunun boğazla birləşdiyi yerdə yerləşir və burun və ağızın arxasındakı yeri nəmləndirməyə xidmət edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.