Sağlamlıq

Trixoloq başda çıxan sızanaqların səbəblərini açıqlayıb

16 Dekabr 2023 18:00
Baxış: 1 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Başdakı sızanaqlar bir çox xəstəliklərin nəticəsidir"

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı trixoloq və kosmetoloq Anastasiya Kurskaya bildirib.

Çox vaxt başdakı sızanaqlar yağ vəzilərinin həddindən artıq ifrazından qaynaqlanır. Mütəxəssisin fikrincə, ifrazın səviyyəsi və nəticədə baş dərisində sızanaqların yaranması riskinin artması hamiləlik və yetkinlik kimi hormonal dəyişikliklərlə bağlıdır.

"Həmçinin, bu xoşagəlməz vəziyyətin gözlənilməz səbəbi uzunmüddətli və ya qısamüddətli stres ola bilər. Bundan əlavə, baş dərisindəki sızanaqlar bakterial infeksiya, saç dərisinə düzgün qulluq edilməməsi və ya müxtəlif saç baxım vasitələrinin istifadəsi nəticəsində yaranan allergiya ola bilər. Bəzən baş dərisində sızanaq dermatit və ya pullu dəmrov kimi tibbi problemlərin nəticəsi ola bilər", deyə həkim əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.