Qızılcanın yayılmasına səbəb... - Pediatr açdı sandığı, tökdü pambığı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu gün bu qədər uşağın peyvəndsiz qalmasının başlıca səbəblərindən biri elə özəl klinikalarda baha qiymətə peyvənd vurulmasıdır".
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu fikirləri tanınmış pediatr Aytən İsmayılzadə bildirib. O deyib ki, insanların daha çox verdiyi sual elə bunu göstərir: "Valideynə maraqlıdır, niyə özəl klinikada bu qədər baha, dövlət poliklinikasındakı isə pulsuzdur. Deməli, burada keyfiyyət fərqi var. Bunu təsdiq edən fikirləri də tapanda əmin olur. Məsələn, biri deyir "bəs nə, özəl özəldir də, peyvəndi də keyfiyyətli olacaq". O biri deyir "pulsuz olan nə keyfiyyətli ola bilər ki" və sairə.
Özəl klinikalar onlara olan marağın artmasından istifadə edərək peyvəndləmə işinə də girişdi. Amma nəticə cəmiyyətimiz üçün yaxşı olmur. Çünki özəldə peyvənd etdirməyə pul tapmayan valideyn dövlət poliklinikasında da peyvənd etdirməyə özündə inam tapmır. Ona görə də qərara alır ki, yaxşısı elə peyvənd etdirməyim. Həmin uşaqlar da bu gün bir-bir qızılcaya yoluxur. Qızılca isə bildiyiniz kimi heç də rahat bir xəstəlik deyil. Umumiyyətlə, peyvənd şikəstlik və ölüm verə bilən xəstəliklərdən ötrüdür. Bunu unutmayın. Həm özəldə, həm dövlətdə peyvəndlər eynidir".
Həkim əlavə edib ki, özəl klinikalarda peyvəndləmə ölkəmizdə insanlarda çaşqınlıq yaradır: "Əgər bu çaşqınlıq səbəbilə bir uşaq belə dünyasını dəyişirsə, ya onlarla uşaq riskli xəstəliklərə tutulursa, deməli bu məsələyə baxılmalıdır. Kim baxacaq? Səhiyyə qurumları. Əlbəttə, öz aralarında kim nəyə baxırsa o... Amma elə nəyə necə baxıldığını görürük. Poliklinika həkiminin yaxası qalıb vətəndaşın əlində.
Valideynlər var ki, uşağını poliklinikada qeydiyyata salmayıb. Elə özəl klinikada müayinələri və peyvəndləri etdirir. Mən yanıma gələn hər yeni doğulmuşun valideyninə deyirəm, iki aydan sonra peyvəndlərin başlayır, ondan da öncə poliklinikada qeydiyyata düşürsən. Peyvəndlərini də poliklinikada etməyi deyirəm. Soruşurlar ki, özəl ya dövlət, deyirəm, əlbəttə, poliklinika.
İndi bu fikrimdən sonra kəm baxışlar artacaq. Çünki özəl klinikada həkimlərə peyvənddən faiz qalır. Hələ klinikanın qazancını demirəm. Amma mənə heç kimin fikri maraqlı deyil. Mənə maraqlı olan uşaqların sağlamlığıdır. Təkcə varlı ailənin yox, eləcə də kasıb ailənin. Biz seçimi insanlara buraxsaq, çox məsələdə uduzarıq, qanunlarda dəyişiklik etmək lazımdır".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü





