Sağlamlıq

Hər il 65 min uşaq 5 yaşına çatmamış ölür - ŞOK SƏBƏB

9 Noyabr 2023 21:34
Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır.

Milli.Az sağlamolun.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. Tütün məhsulları istifadə edənlərin təxminən yarısı tütünlə əlaqəli xəstəliklər səbəbindən gözləniləndən tez ölür.

Hər il tütün məhsulları istifadəsi səbəbindən həyatını itirən 8 milyondan çox insanın təxminən 1,3 milyonu tütün tüstüsünə məruz qalanlardır.

Təxminən 700 milyon uşaq tütün tüstüsünə məruz qalır.  Hər il tütün tüstüsünə məruz qalan 65 000 uşaq  tənəffüs yollarının infeksiyaları səbəbindən 5 yaşına çatmamış ölür.

ÜST 30 yaşlarında siqaretdən imtina edənlərin ömrünün 10 il uzandığına diqqət çəkir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.