Sağlamlıq

Yaşlıları cavanlaşdırıb, sağlam edən dərman tapıldı

23 Oktyabr 2023 04:15
Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Senolitik dərmanlar yaşlı donorlardan orqan qəbul edən xəstələrdə fiziki və koqnitiv pozğunluğun inkişafın qarşısını alır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin və Meyo Klinikasının alimləri müəyyən ediblər.

Onlar siçanlar üzərində təcrübədən sonra bu qərara gəliblər.

Belə ki, gənc (üç aylıq) və yaşlı (18-21 aylıq) siçanların ürəklərini gənc fərdlərə köçürülüb. Təcrübədən sonra yaşlı ürəkləri qəbul edənlərin limfa düyünlərində, qaraciyərlərində və əzələlərində qocalmış hüceyrələrin sayında artım görünüb. Yaşlı orqanların transplantasiyası təkcə ciddi fiziki deyil, həm də koqnitiv pozğunluqlara gətirib çıxarıb.

Alimlər müəyyən ediblər ki, senolitiklərin qəbulu bu problemlərin qarşısını ala bilər. Transplantasiyadan əvvəl qoca heyvanlara verilən "dasatinib" və "kvertsetin" preparatları qocalmış hüceyrələrin sayını xeyli azaldıb və gəmiricilərin fiziki sağlamlığını yaxşılaşdırıb.

"Donor yaşı transplantasiyanın uğurlu olmasında mühüm rol oynayır, çünki yaşlı orqanların resipiyentləri daha pis nəticələrlə üzləşirlər. Bununla belə, yaşlı donor orqanların istifadəsi qlobal orqan çatışmazlığını həll etmək üçün vacibdir. Bu tədqiqat yaşlı orqanların istifadəsi ilə bağlı fundamental problemləri və potensial həll yollarını göstərir", - deyə tədqiqat müəllifi Maksimilian J.Rozel bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.