Sağlamlıq

Xoruldamağa səbəb olan QİDALAR

13 Sentyabr 2023 23:57
Baxış: 2 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yatmadan əvvəl yeyilən bəzi qidalar xoruldamağa səbəb ola bilər.

Milli.Az lent.az-a istinadən bildirir ki, sağlamlıq və qidalanma üzrə ekspert Eşli Toş bu barədə xəbərdarlıq edib.

Ekspert etiraf edib ki, heç bir pəhriz xoruldamağı tamamilə aradan qaldıra bilməz, lakin bir sıra qidaların pəhrizdən çıxarılması yuxu zamanı tənəffüs yollarının və sinusların tıxanmasını azalda bilər.

Mütəxəssis axşamlar süd və şirniyyat məhsulları, həmçinin buğda əsaslı məhsullar, o cümlədən çörək və xəmir məmulatlarından istifadə etməməyə çağırıb. O, pendir, qatıq, dondurma və tərkibində laktoza olan digər məhsulları qadağan olunmuş qidalar siyahısına salıb. Onlar burunda selik yaranmasını artırır və xoruldamağa səbəb olur.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.