Sağlamlıq

Xərçəngin əlamətlərini özümüz necə müəyyən edək?

13 Avqust 2023 19:10
Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkimlər yataq ağları və yastıq vasitəsilə xərçəngin əlamətlərini necə biləcəyimizi izah edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hər hansı bir ciddi xəstəlikdə müalicəyə vaxtında başlamaq lazımdır.

Xərçəngin əlamətlərini hiss etdikdə erkən aşkarlanması vacibdir. Bununla belə, bu əlamətlərdən bəziləri başqa problemlərə də səbəb ola bilər.

"Chemist Click" onlayn əczaxanasının əczaçısı Abbas Kənani izah edib ki, əgər bir şəxs səhər saatlarında yastıqlarında və yataq ağlarında həddindən artıq tərləmə əlamətləri görərsə, bu, sümük xərçənginin əlaməti ola bilər. O qeyd edib ki, bu tərləmə orqanizmin xərçəngin törətdiyi infeksiyaya qarşı immun reaksiyası ilə əlaqədardır. Bu, bədən istiliyinin tənzimlənməsinə təsir edən və həddindən artıq tərləməyə səbəb olan iltihablı maddələrin sərbəst buraxılması ilə nəticələnir. Bundan əlavə, hormon səviyyələrində dəyişikliklər xərçəng və ya onun müalicəsi ilə əlaqəli ola biləcək  tərləməyə səbəb olur.

Kanani qeyd edib ki, tərləmənin dəqiq səbəbini və bunun xərçənglə, yoxsa başqa bir xəstəliklə əlaqəli olduğunu müəyyən etmək çətin ola bilər. Buna görə əlavə əlamətlərə diqqət yetirmək və dəqiq diaqnoz qoymaq üçün həkimə müraciət etmək vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.