Türkiyəli həkim Nafiye Karakaş Yılmaz süni mayalanma müalicəsinə mənfi təsir edən amilləri açıqlayıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, həkim Nafiye Karakaş müalicənin gedişatında ən əhəmiyyətli faktorun ananın yaşı olduğunu bildirib.
Onun sözlərinə görə, ananın yaşı həm yumurta ehtiyatı, həm də yumurta keyfiyyəti baxımından əhəmiyyətlidir:
"Ananın yumurtalıq ehtiyatının yaxşı olması süni mayalanma prosesində müsbət rol oynayır. Bundan başqa bu gün cütlüklərin təxminən 50%-də sonsuzluq aşkar edilir. Əksər hallarda kişi sonsuzluğunun səbəbi genetik faktorlar, hormonal problemlər, infeksiya, siqaret, spirt istifadəsi, ətraf mühit faktorları, kimyəvi təsirlər və artıq çəki ola bilər".
Milli.Az