Sağlamlıq

Yaz mövsümünün orqanizmə gətirdiyi narahatlıqlar

15 Aprel 2023 23:38
Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yazın ilıq nəfəsi nə qədər xoş əhvali-ruhiyyə yaratsa da, özü ilə gətirdiyi narahatlıqlar da var. Yaz fəsli daxil olandan sonra orqanizmdə yorğunluq və depressiya yaradır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-terapevt Emin Məmmədov bununla əlaqədar olaraq deyib: "Yaz mövsümündə insan orqanizmində olan və qış dövründə istifadə edilən bütün vitamin və minerallar tükənmə dövrünə yaxınlaşır. Xüsusilə S, E, A vitaminləri, həmçinin B qrupu vitaminləri azalır, D vitamini isə demək olar ki, minimal olur. Həmin dövrdə D vitaminin qəbulu əhvali-ruhiyyənin yaxşılaşmasına və yorğunluq hallarının keçməsinə səbəb olur".

Fəsil dəyişəndə təzyiq, şəkərli diabet və bir çox xəstəliklər aktivləşir. Halsızlığın digər səbəbi isə nevroloji əlamətlərlə əlaqədardır.

"Yaz fəslində, xüsusilə mart, aprel və may aylarında halsızlıq, yorğunluq, yuxusuzluq kimi şikayətlər varsa, bunun altda yatan səbəbləri ola bilər. Əgər həmin şikayətlər davamlı olaraq baş verirsə, həkimə müraciət etmək və check-up müayinələrdən keçmək məsləhətdir", - deyə həkim-terapevt bildirib.

Mütəxəssislər yazda yaranan gərginliyin aradan qaldırılması üçün vitaminli qidalar və bol maye qəbul etməyin vacib olduğunu deyirlər. Yazın gəlişi ilə əlaqədar orqanizmdə baş verən dəyişikliklər adətən 40 gün davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.