Sağlamlıq

Xroniki yorğunluğun qarşısını necə almaq olar? - HƏKİM AÇIQLADI

2 Mart 2023 08:21
Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xroniki yorğunluq, əhval-ruhiyyə problemləri və unutqanlıq insanların tez-tez qarşılaşdığı problemlərdir.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu simptomlar beynin qocalması ilə əlaqələndirilə bilər. 

Yaşlanma Biologiyası İnstitutunun direktoru Aleksey Moskalev bildirib ki, xroniki yorğunluq, əhval-ruhiyyə problemləri və unutqanlıqdan qurtulmaq üçün insan ilk növbədə neyroinflamasiyadan qorunmalıdır. 

Onun sözlərinə görə, qidalanmaya da diqqət yetirmək lazımdır:

"Kolbasa, çips, "fast food" kimi zərərli qidaları quru meyvələr, bal, giləmeyvə ilə əvəz etmək daha yaxşıdır. Pəhrizə tam taxıl və paxlalı bitkiləri daxil edə bilərsiniz. Bundan əlavə, xoşbəxtlik hormonunun istehsalı üçün fiziki fəaliyyət lazımdır. Bədənin bərpa olunması üçün kifayət qədər yuxu almaq da vacibdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.