Sağlamlıq

Sümük xərçənginə çarə tapıldı

11 Dekabr 2022 18:30
Baxış: 1 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mount-Sinay Klinikasının alimləri yeni sümük iliyi xərçəngi immunoterapiyasının xəstələrin 73%-ni uğurla sağaltdığını bəyan ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, tədqiqat "NEJM"də dərc olunub.

Yeni üsul bispesifik anticisim talketamabın işinə əsaslanır. Bu zaman T-hüceyrələri və miyeloma şiş hüceyrələri ilə eyni vaxtda bağlanır. Onların birləşməsi insandakı T-hüceyrələrinin xərçəngi effektiv şəkildə məhv etməsinə imkan verir.

Terapiyanın təsiri hətta xərçəngi çoxlu miyeloma üçün təsdiq edilmiş bütün müalicələrə davamlı olan xəstələrdə də müşahidə edilib.

Talketamab digər üsullardan fərqli bir istiqaməti, xərçəng hüceyrə reseptoru "GPRC5D"ni hədəfləyir.

Yan təsirlər nisbətən ümumi, lakin adətən yüngül idi və səpgi, dad dəyişiklikləri və dırnaq problemlərini əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.