Sağlamlıq

Səhər tezdən xaş yemək zərərlidir - Həkim terapevt

16 Mart 2022 23:15
0 Şərh     Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Evdə 3-4 litr su içmək də düzgün deyil. Hər kəs eyni dərəcədə su, qida qəbul edə bilməz"

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə sualları Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev canlı yayımda cavablandırarkən deyib.

O bildirib ki, səhər xaş yemək orqanizmə birbaşa ziyandır:

"Biz faydalı və balanslı şəkildə qidalanmanı tövsiyə edirik. Suyun da, qidanın da orqanizmin tələbindən artıq qəbulu ziyandır. Ürək çatışmazlığından əziyyət çəkən insanlar var ki, gün ərzində 3-4 litr su qəbul edir və ürəyin ağırlaşmış vəziyyətində həkimə müraciət edir.

Kişilərdə ortalama 2 min kalori qəbulu olur. Lakin bunu da metobolizm sürəti tənzimləyir. Bu da standart ola bilməz - orqanizm individualdır. Odur ki, insanlar bütün qidaları zəruri miqdarda və düzgün şəkildə istehlak etməlidirlər ki, orqanizm metobolizm sürətinə müvafiq olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.