Sağlamlıq

Piylənmənin əsas səbəbləri açıqlanıb

2 Mart 2022 18:54
0 Şərh     Baxış: 1 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Piylənmənin ən çox rast gəlinən səbəbi həddindən artıq yüksək kalorili qidalar yemək və hərəkətsizlikdir".

Milli.Az "report"-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

Onun sözlərinə görə, bir insanda nəzərə çarpacaq dərəcədə artıq çəki varsa, bu heç də piylənmə deyil: "Piylənmə gözlə də müəyyən edilə bilər. Hesablama proqramları var, çəki ilə boy nisbətinə baxıla bilər. Hər kəs çəkisini boy kvadratlarına bölərsə, çəkisinin artıq olub-olmamasını müəyyənləşdirə bilər".

A.Əkbərzadə qeyd edib ki, cəmiyyətdə adətən normal çəkili uşaqları sevmirlər: "Hesab edirlər ki, kök uşaq daha sağlam olur. Yetkinlik dövründə piylənmədən əziyyət çəkənlər 80 % halda kök olaraq qalır. Yalnız 5 % halda çəki atmaq olur. Ağırlaşmalar yetkin və orta yaşda daha çox müşahidə oluna bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.