Sağlamlıq

Orqanizmi yaza hazırlamaq üçün nə yeməliyik?

21 Fevral 2022 23:00
0 Şərh     Baxış: 1 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədəni yaza düzgün hazırlamaq üçün qidalanma yalnız balanslı deyil, həm də müəyyən maddələr və vitaminlərlə doldurulmalıdır. 

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Olqa Evlaşeva danışıb. 

O, bildirib ki, güclü immun sisteminə sahib olmaq üçün balanslaşdırılmış qidalanmaq və mümkünsə, yüksək dərəcədə rəfinə olunmuş qidalardan uzaq durmaq lazımdır. 

"Onlarda rəfinə edilməmiş ərzaqlardan daha az qida dəyəri var. Gündəlik rasiona meyvə, tərəvəz, yağsız ət, balıq, tam taxıl daxil edin", - Yevlaşeva bildirib.

Həkim mövsümi tərəvəz və meyvələr almağı tövsiyə edib O, qeyd edib ki, onlar adətən təbii şəraitdə yetişdirilir və yetişəndən dərhal sonra satışa çıxarılır, ona görə də daha təravətli olur və maksimum qida maddəsi ehtiva edir.

Dietoloq Anton Berdov da öz növbəsində soğan, sarımsaq, zəncəfil, limon və balın immunitetə yaxşı təsir etdiyinə inanır - onlar xəstəliyin əlamətlərini aradan qaldırmağa kömək edir. Eyni zamanda, unutmaq olmaz ki, bunlar dərman deyil, immunitetin təbii stimulyatorlarıdır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.