Sağlamlıq

Yüksək dozada vitamin D böyrəkləri sıradan çıxara bilər - XƏBƏRDARLIQ

18 Fevral 2022 23:25
0 Şərh     Baxış: 2 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanada Tibbi Assosiasiyasının mütəxəssisləri D vitamininin aşırı və nəzarətsiz istifadəsinin orqanizmdə fəsadları barədə elmi məqalə dərc edib.

Milli.Az xəbər verib ki, onlar D vitamininin böyrəklər üçün təhlükəsi barədə xəbərdarlıq edib.

Elmi tədqiqatın məqsədi geniş kütləni vitamin D-nin elə də zərərsiz olmaması barədə maarifləndirməkdir.

Yüksək dozada vitamin D-nin qəbulu zamanı orqanizmdə intoksikasiya baş verə bilər.

İnsanlar bilməlidir ki, aşırı dozada vitamin D əlavə fayda vermir. Vitamin D içdikdə daim qanı nəzarətdə saxlamaq lazımdır. D göstəricisi 50-dən yuxarıdırsa, davamlı, müntəzəm yüksək dozada vitamini aylarla içmək xəbəriniz olmadan norma həddinin aşılmasına səbəb ola bilər.

D vitaminindən zəhərlənmə daha çox böyrəkləri zədələyir və geridönməz dəyişikliklər yaradır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.