Sağlamlıq

Ömrü 10 il uzatmaq üçün nə yeyib içməlisiz? - Alimlər

20 Fevral 2022 21:59
0 Şərh     Baxış: 1 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Penninqton Bioloji araşdırmalar mərkəzinin alimləri insan ömrünü uzadacaq sirri açıqlayıblar.

Onlar hesab edir ki, düşünülərək gündəlik kalorinin azaldılması nəinki sağlamlığı artırır, insan ömrünü də uzadır.

Milli.Az xəbər verir ki, fəlsəfə üzrə doktor Erik Ravussin kalorilərin məhdudlaşdırılmasının bir çox metobolik və immun reaksiyaları tənzimləyir, bununla da ömür uzanır.

"2 il ərzində sutkalıq kalori miqdarını azaltmaq piy hüceyrələrini yenidən proqramlaşdırdı, bu da mitoxondriyaların enerji hasilatını tənzimlədi".

Təcrübə göstərdi ki, əvvəlki kalori miqdarını 14-16 faiz azaldan insanlarda 2 il ərzində daha çox T hüceyrələr hasil oldu, bu da qocalma prosesini ləngidib. Çünki yaşlandıqca insanlarda T-hüceyrələr daha da azalır. Nəticədə yaşlı insanlarda xroniki xəstəliklər artır, xərçəng hüceyrələri aktivləşir, infeksiyalara qarşı immunitet azalır.

Eləcə də bu proses daxili piyləri əridir, insanın qaraciyəri, ürəyi, daxili orqanlarının üzərini örtən piy təbəqəsi azalır, daxili piylənmə diabet və digər xəstəliklərə yol açırdı.

Orta yaşlarda, xüsusən 30-35 yaşda belə rasiona keçdikdə, insanın ömrü 10 il arta bilir.

İnsan daha çox taxıl, qoz, toxumlar, paxlalılarla qidalanmalı, qırmızı və termiki işlənmiş ət məhsullarını azaltmalı, kalori miqdarını hər gün 1% azaldaraq, 15-20%daha az kalori alaraq, buna 2 il əməl etməlidir.

Eləcə də günlük 1 litr yarım təmiz su içməyə vərdiş etməlidir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.