Kriminal

Gəncədə yeniyetməni tanışı bıçaqlayıb

9 Yanvar 2022 19:20
0 Şərh     Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19:20

Gəncədə naməlum şəraitdə xəsarət alan yeniyetmənin bıçaqlandığı məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, 2006-cı il təvəllüdlü Musa Həsənovu tanışı, həmyaşıdı Hüseyn Həsənov bıçaqlayıb.

Polisin keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxs saxlanılıb. O ,ilkin ifadəsində cinayəti törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

----------

18:15

Gəncə şəhərində yeniyetmə naməlum şəraitdə xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü M.Həsənov qarının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. 16 yaşlı oğlan əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Yeniyetmənin sözlərinə görə, o qaçan zaman yıxılıb, qarnına şüşə batıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.