Sağlamlıq

Sizi şiş və toksinlərdən azad edəcək içki

19 Dekabr 2021 01:33
Baxış: 110 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bədəndə yığılan şiş və toksinləri hər zaman görünüşümüzlə bağlı narazı olmağımıza gətirib çıxarır. Bunu atmaq isə heç də çətin deyil. Bunun üçün detoks çayı istifadə edə bilərsiniz. O, maddələr mübadiləsini sürətləndirərək çəki atmağınıza kömək edir. Ayrıca bədəni yeniləyən bu resept, həzm sislemini də nizamlayır.

Milli.Az axşam.az-a istinadə xəbər verir ki, bu detoksu hər səhər içə bilərsiniz.

Tərkibi:
1 ədəd limonun suyu
2 çay qaşığı alma sirkəsi
2 ədəd rəndələnmiş zəncəfil
1 çimdik yemək duzu
təzə nanə yarpaqları

Hazırlanması:
Bir stəkan suyun üzərinə limon suyu, alma sirkəsi və duzu əlavə edərək qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra üzərinə zəncəfil və nanə yarpaqlarını əlavə edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.