Sağlamlıq

Məşhur həkimdən orucla bağlı XƏBƏRDARLIQ

12 Dekabr 2021 20:35
4 Şərh     Baxış: 3 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkim və teleaparıcı Aleksandr Myasnikov uzunömürlülük haqqında geniş yayılmış mifi dağıdıb.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim orucun insan ömrünü uzatması ilə bağlı fikirləri qəbul etmir. Onun fikrincə, oruc tutmaq hər bir canlının təbiətinə ziddir.

"Axı biz nəfəs alırıq, peristaltikamız var, qaraciyərimiz işləyir, bizi isidir. Yatmağa, oturmağa sərf etdiyimiz bütün enerjinin 75 faizini buradan alırıq və bu zaman xərclənir. Orqanizm bu enerjinin sərfini azaldır", - Myasnikov "О самом главном" verilişinin efirində deyib.

Mütəxəssis əlavə edib ki, oruc tutmaq cavanlığı və gözəlliyi qoruyub saxlamaq kimi adi insanın anlamadığı mexanizmlərə müdaxilədir. Bundan əlavə, yeməkdən imtina xroniki xəstəliklərin kəskinləşməsi riskinə səbəb ola bilər. Həkim vurğulayıb ki, insan orucdan çıxanda güclü hormon balanssızlığı yaranır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.