Sağlamlıq

Bu əlamətlər varsa, qaraciyərinizi yoxladın

1 Dekabr 2021 22:40
0 Şərh     Baxış: 1 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaraciyər güclü, dözümlü orqan olsa da, müasir insanın qidası, həyat tərzi, vərdişləri onu sıradan çıxarmağa yönəlib. İndi çox insan qaraciyərindən şikayətçidir, çoxu qaraciyərinin vəziyyətindən xəbərsizdir, simptomlara əhəmiyyət vermir, sonda isə qaraciyərin tam sıradan çıxması ilə üz-üzə qalır.

Milli.Az əsrin bəlası olan qaraciyər çatışmazlığına doğru yol alan simptomları təqdim edir. Əgər sizdə bu simptomlardan azı 5-i varsa, o zaman təcili terapevt, hepatoloq və qastronenteroloqa getməlisiz. Bu əlamətlərin bəziləri o qədər qeyri-adidir ki, insan qaraciyərindən heç şübhələnmir.

1.Xəstəliyin başlanğıcında iştah azalır, tamam itir, yediklərinin dadını hiss etmirsən, aclıq hissi olsa da yeməyə həvəs olmur, yedikdən sonra ağırlıq, ağrı əlamətləri yaranır

2.Səbəbsiz əzginlik, yorğunluq, zəiflik, ürəkbulanma - xüsusən səhərlər və axşama doğru əlamətlərin kəskinləşməsi

3.Dəridə ləkələnmə, səpkilər, xüsusən qanayan səpkilər, dərialtı qançır, qansızmalar

4.Əzələ, oynaq, sümüklər sızıldayır, ağrıyır

5.Gözlərdə, göz dibində, ağızda, boğazda quruluq

6.Dilin gücgü kimi hamarlaşması, mərmər effekti, tünd qırmızı rəng alması

7.Əl barmaqlarının formasının dəyişməsi, baraban çubuğuna bənzəməsi, barmaqların tam düz açılmasına maneə, barmaqların əsməsi

8.Kişilərdə süd vəzilərin böyüməsi, tüklənmənin pozulması

9.Ovucların saralması, rənginin dəyişməsi

10.Sidiyin rənginin və qoxusunun dəyişməsi, tündlük və kəskin qoxu

Bu əlamətlər qaraciyərlə əlaqəsini qan və sidik analizi ilə təsdiqini tapacaq. Analizlərdə dəyişikliklər göz önündə olacaq. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.